• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Ölümcül xəstəliyə yaxalanmamaq üçün nə yemək lazımdır?

Ölümcül xəstəliyə yaxalanmamaq üçün nə yemək lazımdır?

Xərçəng hələlik müalicəsi tapılmayan əsrimizin ən təhlükəli xəstəliyidir. Ancaq sağlam həyat tərzi xərçəngə yaxalamaq riskini azalda bilər. Tabloid.az xərçəngdən qoruyan meyvə və tərəvəzləri sizlər üçün araşdırıb.

Xərçəngdən qoruyan meyvələr:

Gilas: Xərçəngin yaranmasına və onun yayılmasına mane olur. Xüsusilə, süd vəzi, dəri, ağciyər və qaraciyər xərçənglərinə qarşı təsirlidir.

Nar: Araşdırmalar narın kanserogen maddələr verilən siçanların genlərində 30 faiz sağalmaya səbəb olduğunu üzə çıxarıb. Tərkibindəki bəzi maddələr sayəsində xolestrol və şəkəri tənzimləyən nar, eyni zamanda, ürəyi də qoruyur. Ona görə də gündə stəkan təzə nar şirəsi içmək və ya 1 ədəd nar yemək məsləhətdir.

Alma: Gündə ən azı qabıqlı 2 alma qəbul edilməlidir.

Böyürtkən: Xərçəng hüceyrələrinin ölməsinə kömək edir. Bu meyvənin yarpaqları da faydalıdır. Onları dəmləyib içmək olar.

Qara üzüm: Üzüm xərçəngin inkişafına mane olur, eləcə də ürək-damar xəstəliklərindən qoruyur. Üzüm toxumları ilə birlikdə yeyilməlidir.

Qarpız: Tərkibindəki yararlı maddələr sayəsində xərçəngə qarşı qoruyucu təsirə malikdir. O, bədəni toksik maddələrdən də təmizləyir.

Ananas: Meyvənin tərkibindəki faydalı maddələr şişlərin yaranmamasına birbaşa müsbət təsir edir. Xüsusilə də ağciyər, yumurtalıq, dəri xərçəngi şişlərinin inkişafının qarşısını alır.

Əncir - Dəmir və kalsiumla boldur. Həzm sisteminin işini asanlaşdırır və xərçəngə qarşı müdafiə sistemi yaradır.

Qoz-fındıq - Qoz "Omega 3" yağ turşuları ilə həm xərçəngdən qoruyur. Gündə 1 ovuç qoz ləpəsi yemək tövsiyə edilir. E vitamini ilə zəngin olan fındıq da həm xərçəngdən qoruyur.

Xərçəngdən qoruyan tərəvəzlər:

Pomidor: Az bişmiş pomidor prostat xəstəliklərindən müdafiə edir. Onun tərkibindəki likopen maddəsi ağciyər, süd vəzi xərçənginin qarşısını alır.

Qırmızı bibər: C vitamini ilə zəngindir. Bu vitamin qrupu xərçəng hüceyrələrinin inkişafını ləngidir və immuniteti gücləndirir.

Qırmızı turp: Ağciyər xərçəngi riskini azaldır, süd vəzi xərçəngindən də qoruyur.

Yerkökü: Gündə 2 stəkan yerkökü şirəsi içmək prostat xərçəngi riskini 20 faiz azaldır.

Gül kələmi: C vitamini, betakarotin, kalsiumla zəngindir. Tərkibində xərçəngdən müdafiə edən maddələr var. Xüsusilə bağırsaq, süd vəzi xərçənginə qarşı qoruyur.

Sarımsaq: Xərçəngin yayılmasının qarşısını alır. Ondan həm də xərçənglə müalicə zamanı istifadə etmək olar. Araşdırmalara görə, sarımsaq mədə, süd vəzi, bağırsaq, yemək borusu, prostat və dəri xərşənginin yaranmasına və irəliləməsinə mane olur. Hər gün 1-2 diş istifadə edilməsi məsləhətdir.

İspanaq: İstər xərçəngə, istər ürək-damar, istərsə də yüksək təyziqdə faydalıdır.

Balqabaq toxumu: E vitamini ilə zəngindir. Xərçəng hüceyrələrinin yaranmasına mane olur və immuniteti gücləndirir.

Kələm: Süd vəzi və yumurtalıq xərçəngində təsirli vasitədir. Bədəndəki zərərli maddələrin atılmasına kömək edir.

Soğan: Mədə və bağırsaq xərçəngindən mühafizə edir.

Qatıq: Evdə hazırlanan qatığın tərkibindəki maddələr sağlamlığın böyük dostu, xərçəngin isə böyük düşmənidir. Xüsusilə, süd vəzi və ağciyər xəstəliklərinin.

Düyü: E və B vitaminləri ilə boldur. Bağırsaq xərçənginə qarşı qoruyucu, infarkt riskini azaldan təsirə malikdir.

Yaşıl çay: Hər gün yaşıl çay içmək məsləhətdir. Belə ki, onun tərkibindəki xərçənglə mübarizə aparan maddələr qana keçərək bədənin hər bir hissəsinə yayılır və şişlərin yaranmasına mane olur.

Tabloid.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR