Keçmiş sevgilisi Cenifer Lopezi şantaj etdi
Bizi izləyin

Tabloid.az

Keçmiş sevgilisi Cenifer Lopezi şantaj etdi

Ceniferdən 10 milyon dollar tələb edir

Müğənni Cenifer Lopez gündəmdən düşmək bilmir.

Daim seksual şouları və açıq-saçıq geyimləri ilə diqqət mərkəzində olan müğənni bu dəfə keçmiş sevgilisi Kasper Smart üzündən gündəmə gəlib.

Belə ki, Kasper Ceniferi şantaj edərək pul verməsə, onun haqqında bildiklərini mediaya yayacağını bildirib.

Təxminən 3 ilə yaxın həm iş, həm də şəxsi həyatının bir parçası olan rəqqas sevgilisi Kasperin xəyanəti üzündən ondan ayrılan Cenifer keçmiş sevgilisini susdurmaq niyyətindədir.

Cenifer Lopezin sirlərini gizli saxlamaq müqabilində keçmiş sevgilisinə 10 milyon dollar ödəyəcəyi bildirilir.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm