• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Sizə ən çox yaraşan yubka modelini öyrənin - FOTOLAR

Sizə ən çox yaraşan yubka modelini öyrənin - FOTOLAR

Bu gün geyim mağazalarında yubka çeşidləri həddindən artıq çoxdur. Bu qədər model arasından bədən ölçülərinə yaraşan yubkanı seçmək ağlımızı qarışdırır. Qadınlar yubka seçərkən bədən ölçülərindən başqa, həyat tərzini də nəzərə almalıdır. Xarakterini və həyat tərzini geyimlərinə köçürməyi bacarmalıdır. Bəs sizin üçün ən uyğun yubka modeli hansıdır? Tabloid.az qadınların iş həyatına və bədən quruluşuna uyğun olan yubka seçməyin qaydalarını izah edir:

Ofisdə çalışanlar: Masa başında çalışan xanımlar üstünlüyü klassik yubka modellərinə verməlidirlər. Qırçınlı, düz kəsimlər ola bilər. Çox hərəkət etmədikləri üçün parlaq və təbii parçalardan tikilən yubkalar geyinə bilərlər.

Hərəkət edənlər: Daima hərəkət edən xanımlar həm rahat, həm də zərif yubka seçməyə çətinlik çəkirlər. Lakin bu ilin yubka modelləri onların tərəfindədir. Kloş, qırçınlı və valonları olan yubkalar həm rahat, həm də çox zərifdir.

İncə belli xanımlar: İncə belli olmaq şübhəsiz ki, bütün xanımların arzusudur. Ancaq qadınların beli olduqca incə olsa da, bəzilərinin ombalar iri olur. Bu tip bədən quruluşuna sahib olan qadınlara dar yubkalar heç yaraşmır. Bu cür bədən quruluşuna sahib olan qadınlara modelyerlər balon yubkalar geyinməyi tövsiyə edir.

Qısa boylu xanımlar: Artıq çəkili və qısa boylu qadınlara qısa yubkalar geyinmək tövsiyə olunur. Yubkanın uzunluğu ən çox dizə qədər olmalıdır. Çünki yubka nə qədər uzun olsa, boyları bir o qədər qısalır.

Arıq və qısa boylu xanımlara da qısa yubkalar yaraşır. Lakin onların başqa alternativləri daha çoxdur. Daha kök görünmək qorxusu olmadığı üçün üzərində əlavələri olan, işləməli yubkalar daşıya bilərlər.

Kişi fiqurası: Hətta bu cür bədən tipinə sahib olan qadınlar üçün də yubka fasonları çoxdur. əgər ayaqlarınız arıqdırsa, uzun, amma yarığı olan yubka seçin. Büzməli yubkalar iri ombalarda yaxşı oturur, Ümumiyyətlə, qalın parçadan tikilən cibləri olan istənilən yubkanı seçmək olar. İncə belli xanımları isə belini qalın kəmər vasitəsi ilə vurğulaya bilərlər.

Yöndəmsiz bədən quruluşu: Sakit, klassik üslubda və drapirovkaları olan yubkalar bu cür bədən tipi üçün ideal seçimdir. Ən əsası yadda saxlayın ki, sizə yubkalar dar kəsim şalvarlardan daha yaxşı yaraşır. Yüngül parçadan tikilən, dizə qədər olan yubkalar da uğurlu seçim ola bilər. Cibləri olan və büzməli yubkalardan uzaq durmanız məsləhətdir. Tünd rənglərin sizə daha çox yaraşdığını isə unutmayın.

Enli bel: Əgər beliniz çox enlidirsə, siz diqqəti ayaqlara yönəltməlisiniz. Ya maksi, ya da mini yubkalara müraicət edin. Beli vurğulayan istənilən kəmər və aksessuarlardan uzaq durun.

Cəlbedici bədən: Yubka-tülpan və yubka-karandaş ideal seçimdir. Qalın parçadan tikilən, taxma cibləri olan və istənilən üfüqi ornamentləri olan yubka modellerindən qaçın.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR