• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Xoşagəlməz tüklərdən xilas olmağın təbii üsulu

Xoşagəlməz tüklərdən xilas olmağın təbii üsulu

Qoltuqaltı, bikini nahiyəsi, ayaq, qol və üzdəki arzu olunmaz tüklərdən xilas olmaq üçün bəzən günlərlə vaxt sərf edirik. Üstəlik, bəzən səhhətimizə ziyan olan vasitələrdən də istifadə edirik. Bəs arzu olunmaz tüklərdən xilas olmaq üçün təbii yolu heç sınaqdan keçirdinizmi? Evdə təbii bitkilərdən hazırlanan bu məlhəm ilə arzu olunmaz tüklərdən əsər əlamət qalmayacaq.
Lazım olan ərzaqlar:

  • 1 ədəd soğan
  • 1 diş sarımsaq
  • qara məlhəm və ya İhtiyol pomad (apteklərdən almaq olar, türkcə siyah merhem)

Hazırlanması:
1 ədəd soğanı odda yaxşıca köz halına salırıq və sarımsağı rəndələyirik. Qara məlhəm və rəndələnən sarımsağı qarışdırıb arzuolunmaz nahiyələrdə olan tüklərə qarışımı incə təbəqə halında dərimizə yayırıq. Bu incə təbəqənin üstünə əvvəldən isidib köz halına saldığımız soğanı qoyuruq. Bunu bir həftə boyunca hər gün etmək lazımdır. Bir həftə ərzində istənməyən tüklərin yox olduğunu görəcəksiniz.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR