Qadın cazibəsinə parıltı qatan balın faydaları - FOTOLAR
Bizi izləyin

Tabloid.az

Qadın cazibəsinə parıltı qatan balın faydaları - FOTOLAR

Qadın cazibəsinə parıltı qatan balın faydaları - FOTOLAR

Balın tərkibindəki bir çox vitamin immunitet qədər dəri sağlamlığımız üçün də faydalıdır.

Balla edilən gözəllik maskaları və kremləri ilə yumşaq və hamar dəriyə qovuşa bilərsiniz. Tabloid.az balla edilən ən yaxşı gözəllik maskalarını təqdim edir.

Nəmləndirici bal maskası: Dərini sakitləşdirmək üçün eyni miqdarda bal və zeytun yağını qarışdırın. Quru dərinin üzərinə çəkin və 15-20 dəqiqə gözləyin. Daha sonra ilıq su ilə yaxalayın.

Ballı dodaq kremi: Dodaqlarınızı nəmləndirmək üçün baldan faydalanın. Rəndələnmiş 6 qram bal mumunu, 10 qram limon yağı, 2 damcı E vitamini yağı, 56 qram hind qozu yağı, 1 çay qaşığı balı qarışdırın və dodaqlarınıza çəkin.

Saçlar üçün bal maskası: İstifadə etdiyiniz şampuna bir çay qaşığa bal tökün. Bunun sayəsində korlanmış saçlarınızı bərpa edə bilərsiniz. Daha yaxşı qulluq üçün bal və zeytun yağını qarışdıraraq saçlarınıza çəkin. 20 dəqiqə gözlədikdən sonra yaxalayın. Həftədə iki dəfə təkrar edin.

Buruq saçlar üçün bal maskası: 1 litr suya 1 yemək qaşığı bal əlavə edin. Daha sonra saçlarınızı bu su ilə yaxalayın.

Sızanaq problemi: İltihablı sızanağın üzərinə 1 neçə damcı bal çəkin və üzərinə plastr yapışdırın. Balın antiseptik xüsusiyyətləri sızanağın sağalmasına kömək edəcək.

Bal maskası: Dərinizin yumşaq olması üçün 2 çay qaşığı bal və iki yemək qaşığı südü qarışdırıb üzünüzə çəkin. 10 dəqiqə gözlədikdən sonra yaxalayın.

Ballı manikür kremi: Dırnaqlarınızı möhkəmləndirmək üçün bal maskası olduqca effektlidir. 1,5 qram bal mumu, 3 qram qaysı yağını mikrodalğalı sobada əridin və bir yemək qaşığı bal əlavə edin. Soyuduqdan sonra kremi dırnaqlarınıza çəkin.

Ballı əl kremi: Əllərinizi yumşaltmaq üçün bir yemək qaşığı bala biraz limon suyu və toz halında yer fıstığı əlavə edin. Yer fıstığı dərinin qabıq verməsinə mane olur. Limon suyu isə dəriyə parlaqlıq verir.

Ballı duş: İki yemək qaşığı balı bir stəkan suyun içinə əlavə edin. Daha sonra içinə 3 damcı lavanda yağı əlavə edin və suya tökün.

Ziyil problemləri üçün bal: Ziyil problemlərini aradan qaldırmaq üçün gündə 2 dəfə həmin bölgəyə çəkin.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm