“Park Cinema” kinosevərləri xoş sürprizlərlə təəccübləndirməkdə davam edir.
Bizi izləyin

Tabloid.az

“Park Cinema” kinosevərləri xoş sürprizlərlə təəccübləndirməkdə davam edir.

Tabloid.az xəbər verir ki, bu dəfə Platinium toplanma bonus kart sahiblərini yenilik gözləyir.

Tabloid.az xəbər verir ki, bu dəfə Platinium toplanma bonus kart sahiblərini yenilik gözləyir.

“Park Cinema” kinoteatrlar şəbəkəsinin direktoru Namiq Quliyev “Platinium” bonus kart sahiblərinin biletlərin alışı zamanı inzibati bron imkanından yararlana biləcəklərini qeyd edib:

“Bu, Azərbaycanda ilk dəfə tətbiq olunur. İndiyədək istənilən bir müştəri bron etdiyi bileti seansın başlanmasına ən geci 40 dəqiqə qalmışa qədər almazdısa, həmin bron ləğv olunurdu. İyulun 10-dan etibarən Platinium kart sahibləri bron etdikləri bileti seansın başlandığı an belə əldə edib filmi seyr etmək imkanı qazanırlar”.

“Park Cinema” kinoteatrlar şəbəkəsinin bonus proqramına 2012-ci il noyabrın 30-dan etibarən start verilib. Hazırda 115 min kart istifadəçisi var. Qızıl kart sahiblərinin sayı 1000, platinium kart sahiblərinin sayı isə 500 nəfər təşkil edir.

“Bonus proqramına başladıqda, bu sistemin kinosevərlər üçün faydalı olacağına inanırdıq. Lakin iki ildən sonra bonus proqramının miqyası bizim bütün gözləntilərimizi üstələdi. Kart sahiblərinin sayının artması vətəndaşların Park Cinema kinoteatrlar şəbəkəsinə üstünlük verməsinin ən yaxşı nümunəsidir”, - deyə N.Quliyev söyləyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm