Rafaellə Coşqun Hacı Nuranla görüşüb - VİDEO
Bizi izləyin

Tabloid.az

Rafaellə Coşqun Hacı Nuranla görüşüb - VİDEO

“Bu şəhərdə” komandası Almaniyada limfaqranulematoz xəstəliyindən (ağciyər xərçəngi) müalicə olunan tanınmış teleaparıcı Hacı Nurana (Hüseynov) baş çəkiblər.

“Bu şəhərdə” komandası Almaniyada limfaqranulematoz xəstəliyindən (ağciyər xərçəngi) müalicə olunan tanınmış teleaparıcı Hacı Nurana (Hüseynov) baş çəkiblər.

Tabloid.az xəbər verir ki, bu haqda Hacı Nuran özünün “Facebook” profilində video paylaşıb.

Videoda Coşqun Rəhimov teleaparıcıya tezliklə vətənə dönməsini diləyir:

“Bura gəldik, Hacı Nuranı gördük, maşallah, yaxşıdır. İnşallah, biz onu gözəl layihələri və işləri ilə Azərbaycanda gözləyirik. O, çox gözəl insandır”.

Hacı Nuran da aktyorların ona baş çəkməyindən məmnun qaldığını bildirib:

“Çox şadam ki, Rafaellə Coşqun Almaniyaya gəliblər. Sağ olsunlar, mənə də baş çəkiblər”.

Xatırladaq ki, uzun illər ərzində Hacı Nuran Hüseynov televiziyada xeyriyyə proqramlarının aparıcısı olub. Onun bu fəaliyyəti sayəsində çoxlu sayda insan yardım alıb.

Hacı Nuran Hüseynov limfaqranulematoz xəstəliyindən əziyyət çəkir, onun sağalması üçün uzunmüddətli və bahalı müalicə tələb olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm