• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Enerji içkilərinin öldürücü təsirləri

Enerji içkilərinin öldürücü təsirləri

Bəzən özümüzü yorğun hiss edirik və çarəni bol qəhvə və ya enerji içkilərində axtarırıq.

Enerji verdiyi iddia olunan içkilər əslində bədənə enerji vermir, sağlamlığa çox ziyan vurur. Onların yerinə daha təbii alternativlər axtarıb tapmaq lazımdır. Enerji içkisi içməkdənsə, 15 dəqiqə idman etmək və ya bol su içmək daha doğru seçim olar.

Əgər enerji içkilərindən vaz keçə bilmirsinizsə, onda bu yazımızı oxuyun.

Enerji içkilərinin zərərləri:

Bu içkilərin tərkibində həddən artıq şəkər var. Bir enerji içkisində təxminən 15 qaşıq şəkər tozu var. Bu qədər şəkər tozu susuzluğa, kökəlməyə və dişlərin çürüməsinə səbəb olur. Həddən artıq şəkər qəbul edən inşanlarda allergiya və xərçəng xəstəliyi yaranma ehtimalı böyükdür. Əgər siz üzərində “light” yazılan içkilərdən istifadə edir və zərərsiz olduğunu düşünürsünüzsə, yanılırsız. Çünki “light" içkilərin tərkibində süni şəkər yəni, "aspartan" adlı maddə var. Bu da xərçəng və kökəlmə riskini artırır.

Əks təsirləri

Enerji içkilərindən istifadə etdikdə orqanizm buna müxtəlif cür reaksiya verir. Bəzən içkini içdikdən sonra əks təsirlər üzə çıxır. Məsələn, döş sancısı, qarın ağrısı, ürək bulanma, yuxusuzluq və s. Enerji içkilərindən istifadə edən insanların infarkt keçirmək riski var.

Daxili orqanları həddən artıq yükləyir

Enerji içkisi içdikdə daxili orqanlar həmişəkindən daha çox işləməyə məcbur olur. İçki beyinə təsir edərək sanki döyüşürmüşsünüz kimi effekt yaradır. Bu zaman ürək və böyrəklər sürətlə işləməyə başlayırlar. Enerji içkiləri təhlükəli bir hal yaranmış kimi bədəninizi təcili vəziyyətə gətirir və nəticədə orqanlar həddindən artıq yorulur

Depressiya yaradır

Enerji içkilərindəki yüksək miqdardaki kofein, seraton hormonunun səviyəsini yavaş-yavaş azaldır. Bu da nəticədə kədərlənməyinizə, depressiyaya meyilli olmağınıza səbəb olur.

Stress və yuxusuzluğa səbəb olur

Enerji içkiləri ürək döyüntülərinin sürətlənməsinə və yuxusuzluğa səbəb olur. Yuxusuzluqdan əziyyət çəkmək istəmirsinizsə, bu təhlükəli içkidən uzaq durun.

Tərkibində süni dadlandırıcı və rəngləndiricilər var

Enerji içkilərinin dadının yaxşı olması üçün süni dadlandırıcılardan istifadə olunur. Həmçinin kimyəvi rəngləndiricilər də bu içkilərinin tərkibində bol miqdarda olur. Kimyəvi maddələrin isə əks təsirləri olur. Ona görə də həddindən ziyadə enerji içkisindən istifadə etmək baş ağrısı, miqren kimi problemlərə səbəb olur.

Tabloid.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR