Qadın seksuallığının əsas rəmzi - FOTOLAR
Bizi izləyin

Tabloid.az

Qadın seksuallığının əsas rəmzi - FOTOLAR

Ana təbiətin bizə bəxş etdiyi elə rənglər var ki, həddindən artıq diqqət çəkdiyi üçün onları geyinmək cəsarət tələb edir. Məsələn, qadınların ən çox sevdiyi qırmızı rəng böyük rəğbətlə qarşılanır. Nəzərə alsaq ki, qırmızı rəng və dikdaban ayaqqabılar qad

Ana təbiətin bizə bəxş etdiyi elə rənglər var ki, həddindən artıq diqqət çəkdiyi üçün onları geyinmək cəsarət tələb edir. Məsələn, qadınların ən çox sevdiyi qırmızı rəng böyük rəğbətlə qarşılanır. Nəzərə alsaq ki, qırmızı rəng və dikdaban ayaqqabılar qadın seksuallığının əsas rəmzi sayılır, bu halda onların ideal tandeminin nəticəsini özünüz düşünün.

Aparılan araşdırmalar da göstərir ki, kişilər qırmızı geyinən qadınlara qarşı laqeyd qala bilmirlər. Belə ki, kişilər görüşə qırmızı paltarda və ayaqqabıda gedən qadınlara daha diqqətli davranır və daha əliaçıq olurlar. Ekspertlər bildirib ki, qırmızı rəng digər cinsin nümayəndələrinə cazibədarlıq siqnalını göndərir. Qırmızı rəng sevginin simvolu olan ürəkdən tutmuş, romantika və sekslə də əlaqələndirilir. Bu araşdırma qırmızı rəngin kişilər üzərində böyük təsiri olduğunu, eşqə sövq etdiyini bir daha aydın şəkildə göstərir.

Şəhvət, ehtiras və məhəbbət rəngi olan qırmızı ayaqqabıları necə sintez etməyi bilmirsiniz? Tabloid.az çox sevimli görünən qırmızı ayaqqabıları düzgün geyinməyin yollarını təqdim edir:

  • Xanımları olduqca zərif göstərən qırmızı rəng ayaqqabıları qara qələm ətəklə, dar şalvar və qırmızı çalarların olduğu başqa geyimlə uyğunlaşdıra bilərsiniz. Qırmızı qadını həm zərif, həm də çox seksual göstərir. Qırmızı ayaqqabı ilə qara və tünd rəngləri birləşdirməyə çalışın.
  • Bundan başqa, qırmızı ayaqqabılarla ağ paltarlar möhtəşəm uyğunluq təşkil edir. Nazik dabanlı stilettolar geyindiyiniz zaman üstünə uzun zərif paltar geyinə bilərsiniz. Hətta gəlinliyi də qırmızı ayaqqabılarla geyinsəniz, özünüzə məxsus tərz yaratmış olarsınız.
  • Qırmızı ayaqqabı geyinəndə çanta və kəmər kimi aksessuarlara fikir verin. Onlar qırımızı rəngdə olarsa, çox şit görünərsiniz.
  • Qırmızı ayaqqabını qara mini donla birləşdirə bilərsiniz.
  • Qırmızı ayaqqabılar təkbaşına çox diqqət çəkici olduğu üçün başqa parlaq rənglərdən istifadə etmək olmaz.
  • Gündəlik stildə qırmızı ayaqqabılar geyinmək tövsiyə edilmir. Amma açıq cinslərlə qırmızı ayaqqabıları birləşdirə bilərsiniz.
  • Qırmızı diqqət çəkən rəng olduğu üçün ancaq onları özəl günlər üçün saxlayın.
Oxumağa davam et
Reklam
Reklam

Gündəm