Azərbaycanlı bəstəkar İbrahim Tatlısəsə mahnı bəstələdi -Fotolar, Audio
Bizi izləyin

Tabloid.az

Azərbaycanlı bəstəkar İbrahim Tatlısəsə mahnı bəstələdi -Fotolar, Audio

Bəstəkar Sevinc Tofiqqızı türkiyəli sənətçi İbrahim Tatlısəsə mahnı bəstələyib.

Bəstəkar Sevinc Tofiqqızı türkiyəli sənətçi İbrahim Tatlısəsə mahnı bəstələyib.

Bu haqda Tabloid.az saytına danışan bəstəkar bildirib ki, “Məkkə” adlanan mahnının sözləri Zəlimxan Yaquba aiddir.

“Mənim İbrahim Tatlısəsə musiqi bəstələməyimin önəmli səbəblərindən biri onu ruhlandırmaq və tez zamanda sağalmağını arzu etməkdir. Qoy o, bilsin ki, dualarımız onunladır”-, deyə bəstəkar bildirib.

S.Tofiqqızı onu da əlavə edib ki, İ.Tatlısəsin azərbaycanlı bəstəkarın onun üçün mahnı bəstələməsindən xəbəri var:

“İbrahim Tatlısəsin vurulması xəbərinə çox sarsılmışdım. Biz onun mahnıları ilə böyümüşük. Hazırda Tatlısəsin oxuya bilməməsi məni çox üzür”.

Qeyd edək ki, bəstəkar Sevinc Tofiqqızı Atatürkə və Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğana da mahnı bəstələyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm