• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

İradə İbrahimova: “Bir-birimizi sakitləşdiririk”

İradə İbrahimova: “Bir-birimizi sakitləşdiririk”

Müğənni İradə İbrahimovanın Türkiyədə ekranlaşdırdığı iki klipinin təqdimatını sentyabrda edəcək. Çalışdığı musiqi şirkəti ilə bu barədə razılığa gələn sənətçi Bakıya gələcəyi tarixi buna görə müəyyən edəcəyini söyləyib.

İradə xanım Tabloid.az-a açıqlamasında bildirib ki, hələlik sənətindəki işləri bir kənara qoyub, ailəsinə dəstək olmağa çalışır.

Xatırladaq ki, bu yaxınlarda onun qayınatası rəhmətə gedib. Həyat yoldaşı ilə qayınanasına dəstək olan İradə xanım eyni münasibəti qayınanasından gördüyünü bildirir:

“Ailəlikcə bir-birimizi sakitləşdirməyə çalışırıq. Sabri bəyin ölümünə inanmaq çətindi”- deyən sənətçi bir müddət sonra Bodruma yollanacaqlarını söylədi. Hər ilin bu fəslini Bodrumdakı yay evində keçirən ailə bu həftə uşaqların təsiri ilə ora yollanacaqlar.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR