Məlahət Abbasova 45 yaşını qeyd edir – Fotolar, Video
Bizi izləyin

Tabloid.az

Məlahət Abbasova 45 yaşını qeyd edir – Fotolar, Video

Bu gün sevilən aktrisamız Məlahət Abbasovanın doğum günüdür.

Bu gün sevilən aktrisamız Məlahət Abbasovanın doğum günüdür.

Tabloid.az xəbər verir ki, Məlahət Abbasova 1969-cu il iyulun 8-də Bakıda anadan olub.

20 ildən çoxdur ki, Türkiyədə yaşayan və yaradıcılıqla məşğul olan aktrisa doğum gününü vətəndən uzaqda qeyd edir.

Azərbaycan tamaşaçısı Məlahət Abbasovanı İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən” pyesinin motivləri əsasında ekranlaşdırılan eyni adlı film-tamaşadakı Nargilə rolu ilə tanıyıb.

1991-ci ildə Türkiyə vətəndaşı ilə ailə quran və İstanbulda yaşayan Məlahət Abbasova aktrisalıq fəaliyyətini də orada davam etdirib. İstanbul şəhər Bələdiyyə Teatrının aktrisası və rejissoru kimi çalışan sənətçi bu teatrın səhnəsində bir çox rollar yaradıb.

M.Abbasova hazırda Hüseyn Cavidin “İblis”, “Kitabi-Dədə Qorqud” əsərləri üzərində çox ciddi şəkildə çalışır.

Məlahət Abbasova “Sürəyya”, “Hüzün çiçəyi” , “Həyatın içindən”, “Köpək”, “Min bir gecə”, "Mahmud və Məryəm" və s. türk serialları və filmlərində yaratdığı obrazlarla da sevilib.

Xatırladaq ki, “Mahmud və Məryəm” Türkiyə və Azərbaycan arasında baş tutan ilk müştərək film layihəsidir.

Türkiyədə bir sıra işlər görən M.Abbasova İstanbula iş axtarmağa gedən və orada ailə qurub yaşayan azərbaycanlı qızdan bəhs edən “Yaxşı Cazibə” serialında məsləhətçi olub.

Bundan başqa, o, Azərbaycan dramaturqlarının, eləcə də Elçinin üç əsərini türk dilinə çevirib. “TRT Avaz”da “Aşkın pusulası” adlı verilişə aparıcılıq edib.

Tanınmış sənətçi bu uğurları ilə bağlı Türkiyədə dəfələrlə mükafatlara layiq görülüb. Bu ilin may ayında M.Abbasovanın Elçinin “Şekspir” əsəri əsasında səhnələşdirdiyi eyni adlı tamaşası “Yeni Teatro Dərgisi və Başarı ödülü 2014” mükafatına layiq görülüb. Tamaşa “İlin ən yaxşı səhnə dekorosiyası” nominasiyası üzrə seçilib.

Aktrisanın iki övladı var. Onun 19 yaşlı Uğur adlı oğlu, 8 yaşlı Sudə adlı qızı var. Yeri gəlmişkən, Sudə də anasının yolunu davam etdirir. Az yaşı olmasına baxmaraq, bu balaca qızcığaz artıq “Huzur sokağı”, “Babam için”, “Kız annesi”, “İslam bülbülleri”, “Ak kırlangıç” seriallarında baş rollara çəkilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm