• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Romantik və zərif italyan brendi - FOTOLAR

Romantik və zərif italyan brendi - FOTOLAR

İtaliyanın "Blumarine" markası 2015-ci il mövsümlər arası və kruiz kolleksiyasını təqdim edib. Kolleksiyanın əsasını romantik paltarlar və incə siluetlər təşkil edib. Dizaynerlər kolleksiyada əsas diqqəti zərif rəng çalarlarına və sürüşkən parçalara yönəldiblər.

Parlaq, sarı və qırmızı rənglər kolleksiyaya dinamika bəxş edir. Geyimlərin modelləri isə hər bir gənc və romantik qızın arzularını əks etdirir.

Ayaqqabılara gəldikdə "Blumarine" pərəstişkarları növbəti mövsümdə sivri burun modelləri daşımalı olacaqlar. Çanta və ayaqqabılar parlaq metal rəngləri ilə xüsusi diqqət çəkir. Tabloid.az brendin yeni kolleksiyasının fotolarını təqdim edir:

Xəbər lenti

DAHA ÇOX XƏBƏR