Bakıda “Mosfilm” həftəsi başlayıb
Bizi izləyin

Tabloid.az

Bakıda “Mosfilm” həftəsi başlayıb

Bakıda “Mosfilm” həftəsi başlayıb

Paytaxtın “28 Cinema” kinoteatrında fevralın 25-dək “Mosfilm” studiyası yaradılmasının 90 illiyinə həsr olunmuş film həftəsi keçiriləcək.

İnterAz xəbər verir ki, bu münasibətlə “28 Cinema”da həftənin açılışı olub. Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin, “Oskar” mükafatçısı, Rusiyanın Xalq Artisti Vladimir Menşov iştirak ediblər. V.Menşov “Mosfilm”in istehsalı olan ekran əsərlərinin yüksək bədii keyfiyyətlərini, böyüyüb boya-başa çatdığı Bakının keçmişini xatırladıb, bu gününə valeh olduğunu dilə gətirib, “Mosfilm” kino studiyasında müxtəlif dövrlərdə yaradılmış kino əsərlərini xarakterizə edib.

V.Doroxin Azərbaycan ilə Rusiya arasında inkişaf edən mədəni münasibərlər fonunda kino həftəsi tədbirinin əhəmiyyətini vurğulayıb. Sonra “Mosfilm” istehsalı olan “Sevgi və göyərçinlər” (“Lyubov i qolubi”) filmi nümayiş olunub.

Həftə ərzində kinosevərlərə “Uğur centlmenləri” (“Centlmenı udaçi”), “İvan Vasilyeviç peşəsini dəyişir” (“İvan Vasilyeviç menyayet professiyu”), “Qafqaz əsiri və ya Şurikin yeni macəraları” (“Kafkazskaya plennisa, ili novıye prikluçeniya Şurika”), “Moskva göz yaşlarına inanmır” (“Moskva slezam ne verit”), “Xidməti eşq macərası” (“Slujebnıy roman”) və “Brilyant əl” (“Brilliantovaya ruka”) filmləri təqdim ediləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm