Məşhur müğənni Merlin Manro oldu - FOTO
Bizi izləyin

Tabloid.az

Məşhur müğənni Merlin Manro oldu - FOTO

İtaliyanın məşhur moda evi “Roberto Cavalli” 2014-2015 payız-qış mövsümünün reklam üzü kimi məşhur müğənni Rita Oranı seçib

İtaliyanın məşhur moda evi “Roberto Cavalli” 2014-2015 payız-qış mövsümünün reklam üzü kimi məşhur müğənni Rita Oranı seçib.

Bir müddət öncə müğənninin məşhur brendlə əməkdaşlıq edəcəyi ilə bağlı dedi-qodular yayılmışdı. Amma tərəflərdən heç biri mövzu ilə bağlı açıqlama verməmişdi.

Dünən brendin “Facebook” səhifəsində reklam kampaniyasının ilk şəkli paylaşılıb və dedi-qoduların doğru olduğu ortaya çıxıb.

Fotoqraf Françesko Karrozzinin qarşısına Merlin Monronu xatırladan qısa platin rəngli saçlarda çıxan Rita seksual pozalar verib.

Nyu-Yorkda baş tutan çəkilişlər 8 saat davam edib.

Xatırladaq ki, müğənni Rita Ora daha öncə “DNKY”, “Rimmel” və “Material Girl” kimi məşhur brendlərin reklam üzü olub.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm