• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Çəkici baxışlara sahib olmağın üsulları

Çəkici baxışlara sahib olmağın üsulları

Tuş “ölümsüz” kosmetik vasitə deyil. Onun da digər kosmetikalar kimi son istifadə müddəti var. Kirpiksiz qalmaq istəmirsinizsə, bir tuşu maksimum 4 ay istifadə etməlisiniz. İstifadə müddətini keçən tuşlar gözlərdə bakteriya və infeksiyalara yola aça bilər. Bu halda isə kirpiklər tökülməyə başlayır. Kirpiklərinizi uzatmaq və qalınlaşdırmaq üçün bir neçə məqama diqqət yetirmək lazımdır. Gözləri olduğundan gözəl və cəzbedici göstərmək üçün gur kirpiklərə sahib olmaq lazımdır.

  • Gur kirpiklərə sahib olmaq üçün yaxşı tuş seçmək lazımdır. Kosmetika sektoru kirpikləri gur və uzun göstərən bir-birindən maraqlı məhsullar təklif edir. Lakin kirpikləri tuş küpünə çevirməmək üçün tuş istifadə edən zaman qalıcı və baxışları çəkici göstərən tuş olmasına diqqət etmək lazımdır.
  • Makiyaj ustaları az makiyaj və təkcə tuşla gözəlliyə qovuşmağın mümkünlüyünü iddia edir. Digər tərəfdən tuş istifadə edərək kirpikləri tuşla boğmamağı şiddətlə tövsiyə edirlər. Tuş seçərkən tərkibində kirpikləri qidalandıran maddələrin olmasına fikir verin.
  • Tuşu çəkərkən diblərin yuxarıya tərəf çəkmək lazımdır. Bu zaman kirpiklər dən-dən qalır.
  • Daha uzun və dolğun kirpiklərə sahib olmaq istəyən qadınlar tuşu qat-qat çəkirlər. Bu isə gözləri olduğundan balaca göstərir. Üstəlik, qəlibləşib yapışqan görütü qazandırır. Bundan əlavə, kirpiklər bu qədər ağırlığa tab gətirməyə və tökülə bilər. İstədiyiniz dolğunluğa qovuşmaq üçün tuşu iki qat çəkmək bəs edir.
  • Günlük makiyaj edirsinizsə, rəngli tuşlardan istifadə etməyin. Rəngli tuş gündəlik makiyaj üçün ağır ola bilər.
  • Tuşun çubuq hissəsini saxlaya bilərsiniz. Fırçasını yaxşı yuduqdan sonra qaş və ya kirpik darağı kimi istifadə edə bilərsiniz.
  • Gecə yatmazdan əvvəl tuş mütləq təmizlənməlidir. Tuş bütün gecə gözdə qalsa, kirpikləri qurudub tökülməsinə səbəb olur.
  • Həcmli kirpikləri kim sevmir ki? Kirpikləri daha həcmli göstərmək istəyirsinizsə, kirşanı sınaqdan keçirin. Uşaqlar üçün olan kirşanın üzərinə tuş çəkərək daha həcmli kirpiklərə sahib ola bilərsiniz.
  • Kirpiklərin də saç və dəri kimi nəmə ehtiyacı var. Gecə yatmazdan əvvəl kirpikləri nəmləndirmək lazımdır. Zeytun, badam yağı kirpikləri qoruyan ən ideal vasitədir. Ancaq yağln gözün içinə düşməməsinə diqqət edin.
  • Suya davamlı tuşları daha uzun müddət istifadə etmək olur. Amma bu cür məhsulları hər gün istifadə etmək olmaz. Kirpiklərdən daha tez çıxan tuşlar daha sağlamdır.
  • Bütün qadınlar tuşun kənarlara dəyməsinə nifrət edir. Tuş çəkəndən sonra göz qapaqlarını qırpmaq olmaz. Bunun ən asan yolu isə ağzı açıq saxlamaqdır.
  • Tuşun göz qapaqlarına bulaşmasının qarşısını almağın daha bir yolu var. Tuşu çəkərkən göz qapağının üst hissəsinə salfet qoya bilərsiniz.
  • Tuşu çəkdikdən sonra təmiz tuş fırçası ilə kirpikləri darayın. Beləcə bu, tuşun artıqlarını alar, həm də kirpiklərin bir-birinə yapışmasının qarşısını ala bilırsiniz.
  • Satışda hər cür tuş növü mövcuddur. Sizə uyğun olan, kirpiklərinizi tökməyən, allergiya verməyən tuş seçmək lazımdır. Ehtiyacınız olan tuşu tapmaq çətindirsə, bir neçə tuş istifadə edərək öz tuşunuzu yarada bilərsiniz.
  • Kirpikləri tuş çəkməzdən əvvəl burmaq lazımdır. Əks halda, kirpiklər daha tez qırılır. Kirpik buranı bir neçə saniyə isti fenə tutsanız, kirpikləriniz daha tez və gözəl burular.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR