Tabloid.az
İdeal çəkidə qalmağın ən asan üsulları
İdeal çəkiyə nail olmaq üçün bəzən ağrılı və çətin
yollardan keçirsən. Həftələrlə davam edən pəhrizlər, ağır fiziki
hərəkətlər heç də həmişə istənilən nəticəyə gətirib çıxarmır. Bəzən
isə bu, insanda əziyyətlə bərabər, həm də depressiyada yaranır.
Tabloid.az ideal çəkini əldə edib və qorumağın 10 yolunu təqdim
edir:
Yavaş və yaxşı çeynəyin: Toxluq hissi yeməkdən 20
dəqiqə sonra beyinə siqnal vasitəsilə ötürülür. Ona görə də tez-tez
yeməyə fasilə verin. Tikələri yaxşı çeynədikdən sonra udun.
Boşqabı balacaladın: Plov, makaron kimi xəmir
xörəkləri yeyərkən qabınızı kiçildin. Bu, sizə daha az yemək yeməyə
imkan verəcək. Balaca qabdakı yeməyin çoxluğu gözün doymasına səbəb
olacaq.
Su için: Su içməyi əsla saxlamayın. Günlük su
təlabatı 1,5-2 litrdir. Yüngül aclıq hiss edəndə xırda yeməklər
yerinə su için. Suyun tox saxlamaq özəlliyi olduğunu unutmayın.
Yemək yerinə idman: Əsəb,stres,depresiya kimi
vəziyyətdə çoxları hirsini yemək yeməklə alır. Belə halla
qarşılaşanda yemək yerinə idmanı seçərək sağlam qalın.
Meyvə-tərəvəz yeyin: Vitamin və minerallarla bol
meyvə-tərəvəzi rasionunuzdan çıxarmayın. Həftədə 2-3 dəfə paxla,
lobya, noxud, mərcimək kimi yeməklərə üstünlük verin.
Yağdan istifadə: Heyvan mənşəli doymuş yağlardan
mümkün qədər uzaq durun. Bu yağlar qandakı xolestrolu, yüksək
təzyiq riskini artırır. Zeytun və digər bitgi yağlarından
istifadəyə çalışın.
Soyuq qəhvə için: Çox içilən şəkərli və kalorili
içkilər artıq çəkiyə əsas səbəbdir. Unutmayın ki, ən yaxşı içki
sudur. Sudan əlavə yaşıl çay, evdə hazırlanan limonad, soyuq qəhvə
içmək məsləhətdir.
Şirniyyat yerinə meyvə: Bir dilim tort yerinə
ailənizə, dostlarınıza qarpız, qovun, alma, armud, əncir və şaftalı
kimi meyvələrdən salat hazırlaya bilərsiniz.
Səhər yeməyini unutmayın: Yuxuda olduğumuz 7-8
saat ərzində orqanizmin qidalanmaya böyük ehtiyacı yaranır. Buna
görə də gün ərzində ən önəmli yemək səhər yeməyidir. Düzgün səhər
yeməyi yeməyən insanlar gün ərzində daha çox kalorili yemək
yeyirlər.
Yemək vaxtını ötürməyin: Gündə 3 dəfə əsas olmaqla
5-6 dəfə qidalanmaq lazımdır. Yemək vaxtının ötürülməsi daha çox
acmağa və yeməyə səbəb olacaq. Bu da artıq çəki deməkdir.
-
İdman22:04
"Qarabağ" finalda!
-
Hadisə21:49
Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar etdi
-
Magazin121:05
O getdi, mən də daha yoxam! - Əməkdar artist səhnə ilə vidalaşdı
-
Sosial19:35
Özünü öldürən sabiq pediatrın iş yoldaşı DANIŞDI: “Ailə məsələsi deyil..."
-
ABŞ19:25
Bayden Ukraynaya hərbi yardım haqqında qanunu İMZALADI
-
Rəsmi xronika18:40
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - FOTO/YENİLƏNDİ
-
Hadisə18:33
Bakı hava limanında həyəcan siqnalı: Təyyarə qəza enişi etdi - FOTO
-
Sağlamlıq17:27
Yapon alimləri xərçənglə mübarizə üçün unikal vasitə hazırladı