• USD 1,7475 0,00% EUR 1,8466 -0,13%
    • GBP 2,1720 -0,98% RUB 0,0301 -0,66%

Qızların ən çox yol verdiyi dəb xətaları - FOTOLAR

Qızların ən çox yol verdiyi dəb xətaları - FOTOLAR

Gözəl geyinmək, diqqət çəkmək və dəblə ayaqlaşmaq zövq tələb edir. Təəssüf ki, bütün xanımlar yüksək zövqə malik deyillər. Əksər xanımlar geyimlərində yolverilməz üslub xətalarına yol verirlər. Tabloid.az qadınların geyimlərində ən çox buraxdığı üslub xətalarını təqdim edir:

1. Dekoltenin həddini aşmayın. Hər yeri eyni anda açmaq seksuallığa yox, biabırçılığa gətirib çıxarır.
2. Belinizdə artıq yağlar yığılıbsa onun dar şalvar və köynəklə daha da bəlli olmasına şərait yaratmayın. Onları yox edənə qədər bol köynəklər geyinin.
3. Köhnə dəbdə itib qalmayın. Getdiyiniz hər yerə köhnə dəbə aid olan geyimlər geyinməyin. Vintaj geyimləri bu günümüzə uyğunlaşdırmaq çox əhəmiyyətlidir. Hətta analarınızın şkaflarını qarışdırıb, köhnə parçalardan faydalanmaq sizi qəşəng və fərqli edər, lakin geyindiklərinizin o dövrdən qalmış kimi görünməməsinə üçün xüsusilə diqqət edin. Onları yeni dəbə uyğunlaşdırmağa çalışın. Dərziyə aparıb yeni model verin.
4. Əyninizə kip oturmayan geyimlər geyməyin.
5. Lasin seçərkən diqqətli olun. Lasinləri uzun tuniklə uyğunlaşdırın.
6. Yarı qiymətli süni daş-qaşla bəzədilən paltarlar dəbdədir. Bunlara verəcək pulum yoxdur, süniləri ilə birtəhər idarə edərəm deyirsinizsə, diqqətli olmalısınız. Çünki çox gözəl geyinmiş olsanız belə üzərinizdəki qaşların süni parıltısı diqqətdən yayınmır.
7. Paltarlarınızı tamamlayan və tərzinizi bürzuə verən əhəmiyyətli parçalardan biri aksesuarlardır. Lakin bu o demək deyil ki, dolabınızda olan bütün bəzək əşyalarınızı üzərinizdə gəzdirməlisiniz.
8. Düzgün alt paltarı seçmək çox önəmlidir. Geyiminiz möhtəşəm ola bilər. Lakin səhv seçilmiş alt paltarı qadının bütün xarizmasını öldürür.
9. Corablar! 80-ci illərin modası geri dönüb. Əvvəllər qara, qəhvəyi, boz və ağ rənglərdə olan corabların indi istənilən rəngini tapmaq mümkündür. Lakin etdiyiniz kombinlərə çox diqqət yetirin. Xüsusilə rəngli corabların üzərinizdə olan rənglərlə harmoniya yaratmasına diqqət yetirin.
10. Dəriniz təmiz və təravətli olmalıdır. Dərinizi rəng hücumuna məruz qoymayın. Makiyajı getdiyiniz yerdən asılı olaraq edilməlidir.
11. Hər hansı geyimin trend olması onu ofisə və işə geyinə bilmək haqqını da qazandırmır. Neon rənglər iş yerinə uyğun gəlmir. Bu paltarların fərqliliyinə diqqət yetirin.
12. Sivriburunlu ayaqqabılar şıqlığın ilkin şərtidir. Lakin bu sevdanın həddini aşmayın. Stilistlər sivriburunlu ayaqqabılarının uzunluğunu daha məqbul nisbətlərə çəkiblər. Çox uzun burunlar həqiqətən pis görünür.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR