• USD 1,7475 0,00% EUR 1,8490 0,00%
    • GBP 2,1933 0,00% RUB 0,0303 0,00%

Qızlar bu aksessuarlara heyran qalacaq - FOTOLAR

Qızlar bu aksessuarlara heyran qalacaq - FOTOLAR

Aksessuarlar sadə geyimi daha təmtəraqlı, eyni zamanda, zərif göstərmək məqsədi daşıyır. Lakin səhv seçilmiş aksessuar heç xoş olmayan görkəm verə bilər. Adətən gündəlik həyatda istifadə etdiyimiz aksessuarlar xarekterimizi əks etdirir. Buna görə də aksesuar seçimi çox önəmlidir. Tabloid.az aksessuarlardan düzgün istifadə etməyin qaydalarını və dəbdə olan aksessuarları təqdim edir:

Bilərziklər, boyunbağılar və sırğalar: Qadın aksessuarları arasında birinci növbədə bijuteriyalar gəlir. Bijuteriyalar ən sadə geyimi belə bənzərsiz edə bilər. Sadəcə olaraq onları həm geyimə, həm də bədən tipinə uyğun şəkildə istifadə etmək lazımdır. Məsələn, üz forması yumru olanlara halqa sırğalardan uzaq durmağı tövsiyə edilir. Böyük sırğalar sadə geyimlərlə uyğunlaşdırılmalıdır. Eyni anda həm böyük sırğa, həm də iri sırğa və boyundağı ər taxmaq olmaz.

Saat və eynəklər: Hər yeni mövsümdə bir-birindən fərqli və modern üslubda eynək və saat modelləri çıxır. Eynəyi üzünüzün böyüklüyünə görə, saatı isə geyimin rəngləri ilə uğun olmasına diqqət edin. Onlar geyimin təmtəraqlı görünməsində xidməti olan əvəzolunmaz aksesuarlardır.

Kəmərlər: Geyimə zəriflik bəxş edən incə aksessuardır. Gündəlik üsluba toxunma, parça və ya ipli kəmərlərdən istifadə edərək geyimlərə bəzək verə bilərsiniz. Ziyafət libaslarında isə zəncirli kəmərlər daha uyğundur.

Papaqlar: Papaqları və şlyapaları adətən soyuqdan donmamaq üçün taxırıq. Amma geyimə uyğun olan papaq sizi daha gözəl göstərə bilər. Papaqları mövsümün dəbinə və rənglərinə uyğun seçin.

Hər mövsüm dəyişən dəb trendləri ilə birlikdə aksessuar dəbi dəyişir.

Zəncir: Bu yay zəncirli aksessuarlar qızıl dövrünü yaşayır. Xüsusən də qalın və təmtəraqlı bilərzik və boyunbağılar xanımları daha çəkici göstərməyə kömək edir.

Həcmli boyunbağılar: Həcmli boyunbağılar yeni mövsümdə də öz hakimiyyətini qoruyub saxlayır. Rəngli qaşlardan hazırlanan boyunbağılar xüsusi diqqət çəkir.

Bilərziklər: Bu mövsüm barmağa bir neçə üzük taxmaq dəbdə olduğu kimi, qola bir neçə bilərzik taxmaq da dəbdədir. Yaxud saatla harmoniya yaradan bilərzikləri uyğunlaşdıra bilərsiniz.

Mirvari: Bu mövsüm mirvarilər də aktualdır. Lakin daha böyük və həcmli modelləri dəbdədir.

Xalta kolyelər: Bu mövsüm gümüşü və qızılı xalta boyunbağılar də dəbdədir. Xalta boyunbağılar xanımları olduqca şıq və zərif göstərir.

Saat: Moda evləri yay kolleksiyalarının nümayişi zamanı saatlara geniş yer vermişdilər. Böyük, qızılı və gümüşü saatların yay dəbində xüsusi yeri var.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR