Qadın obrazına seksuallıq bəxş edən kolleksiya - FOTOLAR
Bizi izləyin

Tabloid.az

Qadın obrazına seksuallıq bəxş edən kolleksiya - FOTOLAR

Qadın obrazına seksuallıq bəxş edən kolleksiya - FOTOLAR

Paris yüksək dəb həftəsində “Elie Saab”-ın möhtəşəm şousu baş tutub. Kolleksiyasının ənənəvi səma parçaları bu dəfə miravirlərlə bəzədilib. Tanınmış sənətkarın əsərləri titrəyən büllur çilçıraqların parlaq şüaları altında qonaqları bir daha valeh edib.

Xanımlara inanılmaz təsir bağışlayan payız-qış mövsümünün kolleksiyasında dizayner hər zamankı prinsiplərinə sadiqliyini bir daha nümayiş etdirib. Nəfis materiallara, bahalı krujevalara və tikmələrə təbii rəsmlər - yağış damcıları, qönçələri və dalğavarı xətlər şəklində budaqlar əlavə olunub.

Dizayner kolleksiyanın rəng həllini - göy, gümüşü, nəcib bej tonları, zərif çəhrayı, qıpqırmızı, suyun bütün çalarları və xırda effektlərlə tamamlayıb. Dizaynerin kolleksiyadakı rəng harmoniyası sevdasını mirvarilər vurğulayır.

Elie Saab atlaz, orqanza parçalara üstünlük verir. Yeni mövsümdə dizayner şəffaf parçaların və dərin sinə dekoltesinin köməyi ilə qadın obrazına seksuallıq əlavə etməyə çalışıb. Tabloid.az yeni kolleksiyasının fotolarını təqdim edir:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm