Kişi intim həyatından razı deyilsə...
Bizi izləyin

Tabloid.az

Kişi intim həyatından razı deyilsə...

Kişilərin ağlasığmaz xəyanət arqumentləri

Kişilərin qadınlardan daha çox xəyanət etdiyini hamımız bilirik. Bəs kişiləri sevgililərinə, həyat yoldaşlarına xəyanət etməyə vadar edən səbəblər nələrdir?

Bəzən ehtiraslı baxış, bəzən bir az qəzəb, bəzən də seksual istəklər kişiləri sevdiyi qadını belə xəyanətə sürükləyir. Tabloid.az kişilərin qəribə xəyanət arqumentlərini və səbəblərini bu cür sıralayıb:

Çəkicilik: Kişilər həmişə qadınlardan daha güclü olduqlarını söyləsələr də, hisslərini idarə etməkdə çox zəifdirlər. Gözəl və baxımlı qadın görən də gözlərini ondan çəkə bilmirlər. Hələ bu qadın onlarla maraqlanırsa, özlərini dünyanın mərkəzində hiss edirlər. Onlar gözəl bir qadının qarşısında tab gətirmirlər. Qadın həmin kişini əldə etmək istəyirsə, o dəqiqə tora düşürlər. Qadını yaxından tanıdıqdan sonra isə peşman olurlar. Sonrakı peşmançılıq da fayda vermir və kişinin sevgilisi ilə neçə illik münasibətlərinə böyük zədə vurur.

Tənhalıq: Aparılan araşdırmalar da onu göstərir ki, kişilər qadınlarından ayrı düşəndə başqa qadınlara maraq göstərirlər. Lakin qadınlar uzun müddət tək qala bilirlər. Kişilərin çoxu isə təkliyə dözə bilmir. Kişiləri nə badə tək qoyasınız...

Macəra və həyəcan axtarışında: Enerjili və şən insanlar daha çox həyəcan, macəra arxasınca qaçırlar. Qadınlardan fərqli olaraq, kişilər həyəcanı əks-cinsdə axtarmağa üstünlük verirlər. Yeni dodaqlar, bədənlər, saçlar, söhbətlər kişilər üçün yeni həyəcan deməkdir. Evli kişilərin bu cür axtarışlara çıxmaması üçün münasibətlərdə həyəcanın ölməməsinə çalışın və sevgini monotonlaşmağa qoymayın.

Söz-söhbət və gərginlik: Kişilərin çoxu vəziyyətdən çıxış yolu kimi evdəki söz-söhbəti, mübahisələri və işdəki gərginliyi bəhanə edirlər. Evdə axtardığı rahatlığı tapmadığını, həyat yoldaşı ilə tez-tez dava etdiyini deyən kişilər rahatlığı və sakitliyi başqa qadınların yanında axtarırlar.

Cinsi problemlər: Kişi cinsi həyatında razı deyilsə, həzzi başqa qadınların yanında axtarır.

QEYD: Tədqiqatlar göstərir ki, xəyanət edən kişilərin 68%-i nə vaxtsa həyat yoldaşına xəyanət edəcəyini ağlına da gətirməyib. Həmçinin araşdırmalar göstərib ki, əksər hallarda aldadan kişi xəyanət edərkən və ondan sonrakı dövrlərdə daima peşmançılıq duyğusu ilə yaşayır. Sosioloqların sorğusuna əsasən, kişilərin yarısı həyat yoldaşlarına xəyanət edirlər.

Kişilərin xəyanət etdiyini göstərən bəzi əlamətlər:

  • O, evə gec gəlir. Hər dəfə də bir bəhanə tapır.
  • Sizə yaxşı davranır, hədiyyələr alır. Çox güman ki, sizi aldatdığına görə vicdan əzabı çəkir və günahı hədiyyələrlə yumağa çalışır.
  • Onun sizə və uşaqlar olan münasibəti dəyişibsə, sizinlə çox şeyi bölüşmür, sizə az vaxt ayırırsa, çox güman ki, həyatında başqa qadın var.
  • Sizin yaxşı tərəflərinizi deyil, ancaq pis tərəflərinizi görməyə başlayıbsa, vəziyyət daha da pisləşə bilər.
Oxumağa davam et
Reklam
Reklam

Gündəm