Ruhini məyus etdilər - Fotolar
Bizi izləyin

Tabloid.az

Ruhini məyus etdilər - Fotolar

ATV telekanalında nümayiş olunan “Özünə bax-3” dəb yarışmasının final gecəsi keçirilib.

ATV telekanalında nümayiş olunan “Özünə bax-3” dəb yarışmasının final gecəsi keçirilib.

Tabloid.az xəbər verir ki, müsabiqənin qalibləri bəlli olub. Səsvermə nəticəsində birinci yerin qalibləri Təranə Rzayeva və Fəxri Qasımov olub.

F.Qasımova avtomobil, T.Rzayevaya isə brilliant zinət əşyası təqdim edilib.

Yarışmanın aparıcısı Ruhi Əliyeva final gecəsindən razı qaldığını deyib:

“Çox fərqli final baş tutdu. Tədbir hətta gözlədiyimdən daha gözəl keçdi. Təəssüratlarımı sözlə ifadə etməyə çətinlik çəkirəm. Gecənin təşkilatçılığı qüsursuz idi. Ən xırda detallar bir-birini tamamlayırdı. Bir sözlə möhtəşəm! Deyilənə görə, mən də gözəl görünürdüm. Özüm də etiraf etmək istəyirəm ki, görünüşümü çox bəyəndim”.

R.Əliyeva ümumilikdə gecənin axınından razı qalsa da, qaliblərin onu qane etmədiyini vurğulayıb:

“Bu günə qədər tərzini bəyəndiklərim var idi. Xanımlardan Aynur Şeydayeva, Banu Suçayı və Lətifə Məmmədova birinciliyə layiq idilər. Onlardan heç birinin layiqli yer tutmaması məni üzdü. Bəylərdən nisbətən daha razı qaldım. Amma məni məyus edən iştirakçı da oldu. Bu günə qədər ən çox bəyəndiyim Salman Məmmədov məhz final gecəsi məni şoka saldı. O, bizim qarşımıza şortla çıxdı. Anlayıram, qlamur tərzdir, dəblidir, gənclərə yaraşan geyimdir, amma final gecəsi olmamalı idi. Salmanı qarşımda şortla görəndə çox məyus oldum. Özünə də dedim. Etiraf etdi ki, anasının istəyi ilə geyinib. O, çox zövqlüdür. Amma bir az artıq çəkisi var. Dünən geyindiyi geyim də çəkisinə uyğun deyildi”.

Qeyd edək ki, verilişin aparıcıları Rüfət Ağayev və Nərgiz Vahabqızı olub.

Fotoqraf Ruslan Əsədov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm