• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Ancelina 12 yaşlı oğlunun sevgilisindən danışdı

Ancelina 12 yaşlı oğlunun sevgilisindən danışdı

Hollivudun ən məşhur cütlüklərindən olan Bred Pitt və Ancelina Coli övladları üçün fədakarlıq edirlər. Cütlüyün oğlanları Meddoks üçün tez-tez Londona getdikləri məlum olub.

Bredlə münasibətləri haqda danışmağı xoşlamayan Coli uşaqlarının, xüsusilə, 12 yaşlı oğlu Meddoksun şəxsi həyatından danışmağı çox sevir.

Ancelina 12 yaşlı oğlunun sevgilisini olduğunu və bütün ailənin qızı bəyəndiyini bildirib:

“Yaxşı, mehriban qızdır. Bred də, mən də onu bəyənirik. Qız İngiltərədə yaşayır, oğlumla onun tanışlığı da orada olub. Biz tez-tez onları görüşdürməyə çalışırıq. Hər fürsətdə Bredlə Londona gedirik. Onların uzun müddət ayrı qalmalarını istəmirik. Onlar daha çox internet vasitəsilə əlaqə yaradırlar”.

Tabloid.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR