Şüyüdün möcüzəli təsirləri
Bizi izləyin

Tabloid.az

Şüyüdün möcüzəli təsirləri

Şüyüdü sevənlər çox olsa da, onun faydalı xüsusiyyətləri haqqında hamı kifayət qədər məlumatlı deyil

Şüyüd gözəl qoxuya malikdir və yeməklərə əvəzedilməz dad verir. Şüyüdü sevənlər çox olsa da, onun faydalı xüsusiyyətləri haqqında hamı kifayət qədər məlumatlı deyil.

Tabloid.az sizin üçün şüyüdün faydalarını araşdırıb.

Şüyüdün tərkibi orqanizmə böyük faydası olan maddələrlə zəngindir. Onun tərkibində fosfor, kalium, maqnezium, kalsium və digər vitaminlər var.

Şüyüd dezinfeksiya edən xüsusiyyətə malikdir. O həzm sistemini yaxşılaşdırır, ürək-damar sisteminə müsbət təsir edir.

Şüyüdün müntəzəm istifadəsi laktasiya dövründə ortaya çıxan problemləri aradan qaldırmağa kömək edir. Şüyüd qaraciyər, əsəb sistemi, görmə və tənəffüs orqanları üçün də xeyirlidir. O təzyiqi aşağı salır və baş ağrısını kəsir.

Xolesistit və mədə yaraları zamanı şüyüddən ağrıkəsici kimi istifadə olunur.

Bu göyərti sous, ət yeməkləri, salatlar, şorbalar və balıqla gözəl uyğunlaşır.

Şüyüdün faydalı xüsusiyyətləri və ətri qurudulma zamanı itmir. Buna görə qış üçün şüyüdü qurudub tədarük görmək olar. Toxumlarını isə istənilən vaxt istifadə etmək olar. Şüyüd toxumunu yuxunun yaxşılaşdırılması, iştahanın artması məqsədilə müalicə üçün istifadə edirlər.

Yaşıl şüyüdü qaynatmaq olmaz, çünki faydalı xüsusiyyətini itirir. Xüsusi ətirə malik olduğundan bir çox xörəklərin - şorba, tərəvəz, kartof, balıq və ətdən hazırlanan salatların tərkibinə əlavə olunur. Ondan pəhriz xörəklərinin hazırlanmasında da geniş istifadə edilir. Xalq təbabətində şüyüdün toxumlarından ödqovucu, qıcıqlandırıcı işlətmə vasitəsi kimi istifadə edilir. Otundan hazırlanan cövhər hipertoniya xəstəliyində işlədilir. Tozundan və yaxud toxumundan hazırlanan ekstraktından iştahaçıcı, sidikqovucu, qazqovucu, yuxugətirici, cövhərindən isə göz xəstəliklərində, dəridə əmələ gələn irinli yaraların müalicəsində istifadə olunur.

Şüyüdün yarpaq, gövdə, çiçəklərinin tərkibində kversetin, izoraninetin, kempferol, meyvəsindən kversetin flavonoidlərinin olduğu aşkar edilib.

Ətirli yaşıl şüyüd isti buterbroda, qoğala, kökəyə, farşa, kartof və göbələkdən hazırlanan xörəklərin tərkibinə qatılır, onların təamını və dadını yaxşılaşdırır.

Dərman bitkisi kimi onun otu, toxumu, ondan alınan efir yağı da qiymətli müalicəvi təsirə malikdir. Xalq təbabətində şüyüddən hazırlanan preparatlarla qaraciyər xəstəliyində, arterial təzyiqin artmasında, soyuqdəymədə, qarın ağrılarında, böyrək və sidik kisəsində olan daşların təmizlənməsində istifadə edirlər.

Şüyüd suyu körpəsini döşlə qidalandıran qadınların südünün artmasında, orqanizmin gücləndirilməsində mühüm rol oynayır. Buna görə də infeksiyalı qrip xəstəliklərində şüyüdün dəmləmə və cövhərlərindən istifadə edirlər. Şüyüdün yaşıl hissəsi, stenokardiyada, piylənmədə, duz yığılmalarında, bronxit və qanazlığından əziyyət çəkən xəstələr üçün daha faydalı hesab edilir.

Qeyd edək ki, hamilə qadınlara şüyüddən istifadə etmək məsləhət görülmür.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm