Sevgilinizdən bunları gizlətməyin!
Bizi izləyin

Tabloid.az

Sevgilinizdən bunları gizlətməyin!

Əgər ciddi münasibətiniz varsa, bəzi şeyləri qarşı tərəfdən gizlətməməlisiniz

Əgər ciddi bir münasibətiniz varsa, bəzi şeyləri qarşı tərəfdən gizlətməməlisiniz. Gələcəkdə bir evdə yaşamağı düşnürsünüzsə, fikirlərinizi onunla paylaşın. Ondan sirr saxlasanız və özünüzü olduğunuz kimi tanıtmasanız, gələcəkdə problem yaşaya bilərsiniz. Bu problemlər isə ayrılığa gətirib çıxara bilər.

Tabloid.az sizə sevgilinizdən və ya nişanlınızdan aşağıdakıları gizlətməməyi məsləhət görür:

İnanclarınız

Dini inancınız və həyat fəlsəfənizi, dünya görüşünüzü ona olduğu kimi başa salın. Bir insanla həyatı paylaşmağı düşünürsünüzsə, onun sizin kim olduğunuzu bilməsi vacibdir.

Fikirləriniz fərqli ola bilər, amma yenə də yola gedə bilərsiniz. Ancaq nəyə inadığınızı və necə bir insan olduğunuzu ona əvvəlcədən deməyiniz vacibdir.

Makiyajsız halınız

Evlənəndə və eyni evdə yaşamağa başlayanda həmişə makiyajla gəzə bilməyəcəksiniz. Onu sizi makiyajsız, təbii halda görməyinə icazə verin. Siz özünüzü makiyajsız bəyənməyə bilərsiniz, amma evlənəcəyiniz insan sizi hər halınızla bəyənməlidir. Əgər bəyənmirsə, onda elə əvvəlcədən ayrılsanız yaxşdır.

Xəyallarınız

Ona gülməli görüməcəyini düşünsəniz belə həyatdan nə gözlədiyinizi və gələcəklə bağlı planlarınızı ona danışın. Bəlkə də xəyallarınızın reallaşması üçün sizə dəstək olar. Ancaq arzularınızın həyata keçməsi üçün əlindən heç nə gəlməsə də, gələcəklə bağlı planlarınızı bilməsi onu sizə daha da yaxınlaşdıracaq.

Borclarınız

Əgər həyatınızdakı insanla evlənməyi düşünürsünüzsə, mütləq maddi vəziyyətinizlə bağlı real olun. Borclarınız varsa, ona deyin. Onsuz da heç bir sirr sonsuza qədər gizli qalmır, həqiqətləri sizdən öyrənməsi daha yaxşıdır. Bu həm də sevgilinizin sizi nə qədər sevdiyini anlamağınıza kömək edəcək. Maddi vəziyyətinizin pis olması onun sizə qarşı münasibətini dəyişsə, deməli elə adamla evlilik planları qurmağa dəyməz.

Ondan gözlədikləriniz

Ondan nə gözləyirsiniz? Münasibətinizin möhkəm və davamlı olması üçün ona nələr istədiyiniz deyin. Daha romantik olmasını istəyirsinizsə, gizlətməyin, ona izah edin ki, sizə arada sürprizlər etsin, gül alsın və s.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm