Məryəm Üzərli Acuna niyə “yox” dedi?
Bizi izləyin

Tabloid.az

Məryəm Üzərli Acuna niyə “yox” dedi?

Türkiyəyə qayıtmayacağını deyən aktrisa körpəsi ilə maraqlanacağını bildirib

Tanınmış aparıcı və prodüser Acun İlıcalı aktrisa Məryəm Üzərliyə yeni mövsümdə "Yetenek sizsiniz Türkiye" yarışmasında münsif heyəti üzvü olmağı təklif edib.

Türkiyə mətbuatında yer alan xəbərlərdə Məryəmi yarışmanın münsif kürsüsündə görmək istəyən aparıcının Almaniyaya gedərək aktrisa ilə danışıqlara başladığı bildirilirdi.

M.Üzərlinin Acunun bu təklifini qəbul etmədiyi deyilir. Türkiyəyə qayıtmayacağını deyən aktrisa körpəsi ilə maraqlanacağını bildirib.

O, heç bir iş təklifini qəbul etməyəcəyini qeyd edib.

Məryəm Üzərlinin iş adamı Can Ateşdən Lara adlı 5 aylıq qızı var.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm