• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Yuxu pozanız haqqınızda çox şey deyir

Yuxu pozanız haqqınızda çox şey deyir

Yatarkən xarakterinizin oyandığını bilirsinizmi? Belə ki, yuxu pozası insanın xarakteri haqqında məlumat verir. İnsanın yuxu pozası şüuraltı məqamlarla bağlıdır. Söz vasitəsilə ünsiyyət zamanı insan öz şüurunu idarə edə bilir və bunun sayəsində öncədən yalan informasiya verə bilər. Bədəni isə aldatmaq mümkün deyil. Buna görə, pozalar, mimikalar və jestlər sözlərdən daha çox məlumat verir. Ən dəqiq məlumatı isə yuxu zamanı insanların tutduğu poza verir.

Ayıq olanda insan öz mimika və jestlərini idarə də bilər. Yatan insanın şüuru isə qeyri-aktiv vəziyyətdə olur və onun bütün hərəkətləri sırf şüuraltı vəziyyətdə yönəldilir. Əlbəttə, heç bir insan bütün gecəni eyni vəziyyətdə yata bilməz. Gecə ərzində insan 40 dəfəyə qədər öz pozasını dəyişə bilər. Əgər o, stress vəziyyətindədirsə, onda bu hal daha tez-tez təkrarlanacaq. Lakin bütün bunlara baxmayaraq, hər bir insanın tez-tez istifadə etdiyi pozalar mövcuddur. Əgər sevdiyiniz insan haqqında daha çox şey öyrənmək istəyirsinizsə, onu yatanda izləyin və hansı vəziyyətdə yatdığını öyrənin. Tabloid.az yuxu pozalarına uyğun insanların xarakterik özəlliklərini təqdim edir:

1. Yan tərəfə: Yan tərəfinizə bükülərək aldığınız yuxu pozasıdır. 1000 adam arasında aparılan sorğunun nəticələrinə görə, onların 41%-i bu pozada yatır. Həm də bu pozada yatan qadınlar kişilərdən 2 dəfə çoxdur. Bu şəkildə yatan insanlar ətraf mühitə qarşı əks mövqeli imic yaradırlar. Əslində, daxilən çox həssas və utancaq olurlar. İnsanlara öyrəşmək üçün vaxt lazım olur, amma öyrəşdikdən sonra istiqanlı xarakterləri dərhal ortaya çıxır. Sola bükülərək yatmaq səhhətdə bəzi problemlərə səbəb ola bilər, xüsusilə həyati orqanları olan ağciyər, mədə ya da qaraciyərdə. Mütəxəssislər onlara sağa tərəf bükülərək yatmağı tövsiyə edir.

2. Bükülü yuxu mövqeyi: Hər iki qolun aşağıya tərəf olduğu bükülü yatmaq şəklidir. Sevgiliniz bu mövqedə yatıbsa, itaətkar insandır. Bu insanların ən zəif nöqtələri hər kəsə tez inanmalarıdır.

3. Həsrət çəkmə mövqeyi: Bu yuxu forması yan tərəfə qıvrılaraq, hər iki qolun önə doğru uzadılmış yatmaq şəklidir. Bu mövqedə yatan insanlar ümumiyyətlə, yeni şeylərə meyilli olmaqla yanaşı, bir o qədər də şübhəli və tənqidçi ola bilərlər. Çətinliklə qərar verirlər. Lakin verdikləri qərardan onları heç nə və heç kim döndərə bilməz.

4. Əsgər mövqeyi: Arxası üstə qolları iki yanda olan yuxu mövqeyidir. Əsgər vəziyyətində yatan insanlar səssiz və qapalı xarakterə sahib olurlar. Həm özləri, həm də yaxınları üçün rahat həyat şəraiti yaratmağa can atarlar. Yaxınları üçün əlindən gələni edirlər.

6. Dəniz ulduzu mövqeyi: Arxası üstə və qollar başın üstündə yuxu mövqeyidir. Dəniz ulduzu şəklində yatanlar dinləməyi yaxşı bacarırlar və onlara etibar etmək olar. Eyni zamanda, başqalarına kömək etməkdən həzz alırlar, amma maraq mərkəzində olmağı xoşlamırlar.

5. Üzüstə yatmaq: Üzüstə yatış formasıdır. Bu mövqeyi seçən insanlar ətraf mühitə qarşı sərt və enerjili olurlar. Kənardan laqeyd görünsələr də, əslində özlərinə yönəlmiş tənqidləri nəzərə alıb özləri üçün nəticə çıxarırlar.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR