Modapərəstlər üçün miniatür çanta modelləri - FOTOLAR
Bizi izləyin

Tabloid.az

Modapərəstlər üçün miniatür çanta modelləri - FOTOLAR

Modapərəstlər üçün miniatür çanta modelləri - FOTOLAR

2014-cü ilin ən trend aksessuarı miniatür çantalardır. Mini çantalar demək olar ki, bütün böyük moda evlərinin kolleksiyalarında yer alıb. Şirin görünən balaca çantalar yayın ən öndə olan trendidir.

Mini çantaların əsas özəlliyi pul qabı qədər kiçik olmasıdır. Yəni, qadınlar daha çantalarına lazımsız və dəxilsiz əşyaları doldura bilməyəcəklər. İçinə ən çox telefon, kredit kartları və açarı yerləşdirə biləcəklər.

Bir də dəb dünyasında öz sözünü deyən dizaynerlərin klassik hala gəlmiş çantaların mikro modelləri də dəbdədir. Dəb həftələrində "Prada", "Chanel", "Mulberry" və "Hermes" kimi nüfuzlu moda evlərinin miniatür çantalarına tez-tez rast gəlinir.

Heyvan və çiçək fiqurlu çantalar, sloqanlı modellər və çanta olduğunu təxmin edə bilmədiyimiz fasonlar da mini çanta dəbinə daxildir.

Zəncir saplar dəbdə olduğu üçün mini çantalarda da özünü göstərir. Modapərəstlər bu çantalara heyran qalacaqlar. Tabloid.az miniatür çanta dəbinə aid bir neçə nümünə toplayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm