Tabloid.az
Mehriban Əliyeva moda nümayişində - Fotolar
İyulun 12-də Fransanın Kann şəhərində
Azərbaycan mədəniyyəti günləri çərçivəsində Heydər Əliyev Fondunun
təşkilatçılığı ilə dünya şöhrətli modelyer Renato Balestranın
Azərbaycan milli geyimlərinə həsr olunmuş “Ənənədən gələcəyə
Azərbaycan cazibəsi” adlı moda nümayişi keçirilib.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti,
UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva
mərasimdə iştirak edib.
“Ənənədən gələcəyə Azərbaycan cazibəsi” layihəsinin Kann şəhərində
təqdimatı layihənin fəlsəfəsini və yaranma tarixçəsini əks etdirən
videomaterialın nümayişi ilə başlayıb.
Sonra Heydər Əliyev Fondunun layihəsi çərçivəsində görkəmli italyan
modelyer Renato Balestranın Azərbaycanın milli geyimləri əsasında
hazırladığı kolleksiya təqdim edilib.
Renato Balestranın bu kolleksiya üçün hazırladığı 40-dan çox geyim
nümunəsi milli musiqimizin müşayiəti ilə nümayiş etdirilib.
Kolleksiyaya daxil olan geyim nümunələrində Azərbaycanın ənənəvi
milli geyim naxışlarından geniş istifadə olunub. Burada xalça
ornamentlərinə də geniş yer verilməsi uğurlu alınıb. Kolleksiyada
od və nar elementlərindən də istifadə edilib.
Heydər Əliyev Fondunun reallaşdırdığı bu layihənin məqsədi
Azərbaycanın milli ənənə və dəyərlərini yaşatmaq, milli
ornamentlərin müasir dəbə inteqrasiyasına təkan vermək, eyni
zamanda, Şərq və Avropa mədəniyyətləri arasında vəhdət
yaratmaqdır.
Modelyer Renato Balestra qədim tarixə malik olan Azərbaycan
xalqının milli naxış və ornamentlərini araşdırmış, öyrənmiş və
onları modifikasiya edərək gələcəyə yönələn dəbə tətbiq edib.
Xatırladaq ki, bu kolleksiya ilk dəfə may ayında Bakıda təqdim
olunub.
Modelyer jurnalistlərə müsahibəsində deyib: “Düşünürəm ki, bu
təqdimat çox maraqlı alındı. Çünki bu, Azərbaycan xanımlarının
ənənəyə, eyni zamanda, müasirliyə nə qədər bağlı olduğunu göstərir.
Bu nümayişin ərsəyə gəlməsində Azərbaycanın birinci xanımı Mehriban
Əliyevanın xidmətləri böyükdür və mən buna görə ona təşəkkür
edirəm. Mən müxtəlifliyi və dəyişikliyi sevirəm. Bu günkü dəfilə də
bu qəbildəndir. Onu da deyim ki, dəfilədə Azərbaycanın rəmzlərindən
geniş istifadə olunub və bu da mənim ölkənizə olan sevgimdən irəli
gəlir”.
Kannda keçirilən Azərbaycan mədəniyyəti günləri çərçivəsində
ölkəmizin milli mətbəxinin də təqdimatı olub. Azərbaycan mətbəxinin
ləziz təamları çoxsaylı qonaqlar tərəfindən maraqla qarşılanıb.
Kann şəhərində baş tutan Azərbaycan mədəniyyəti günləri
çərçivəsində təşkil edilən tədbirlər bir daha sübut etdi ki,
dünyanın istənilən yerindən olan insanlarla ən yaxşı ünsiyyət
vasitəsi mədəniyyətdir.
Azertac
-
Magazin123:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB21:50
95 yaşlı diplomat öldü
-
Nida Xəbər 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
-
Magazin120:59
Dilarə səhnə geyimi ilə gündəm oldu - VİDEO
-
Elm və təhsil20:40
Buraxılış imtahanının nəticələri açıqlandı