
Tanınmış teleaparıcı İlkin Həsəni Futbol üzrə Dünya Çempionatını zarafatyana şərh edib.
Tabloid.az xəbər verir ki, o, özünün “Facebook” profilində bəzi “futbol azarkeşlərini” məzəmmət edib:
“Biri var, konkret futbol azarkeşi, biri var, mənim kimi futbolla maraqlanmayıb, gedişatı məcburən “Facebook”da izləyənlər, biri də var, bu azarkeşlərin hay-küyünə düşüb süni futbolsevərə çevrilənlər. Kənardan çox şirin görünürsünüz caniklər!
P.S. Bu da çempionata aid mənim ilk və son statusum! Öpürəm və qucaqlayıram!”