Qara nöqtələri yox edən maskalar
Bizi izləyin

Tabloid.az

Qara nöqtələri yox edən maskalar

Qara nöqtələrdən xilas olmaq üçün bunları bilmək vacibdir

Qadınların çoxu qara nöqtələri qorxulu yuxu hesab edirlər. Ancaq bu problemdən xilas olmaq o qədər də çətin deyil.

Dermatoloqlar qara nöqtələrin dərinin altında yaranan yağ və çirkin nəticəsində əmələ gəldiyini, dəri təmizliyi ilə bu problemin həll ola biləcəyini deyirlər. Qara nöqtələrin mütləq təmizlənməsi lazımdır. Həkimlər qara nöqtələrdən xilas olmaq üçün dərini tonik ilə gündəlik təmizləmək lazım olduğunu bildirirlər. Qara nöqtələr əsla dırnaqla sıxılmamalıdır.

Əgər qara nöqtə sizi həddən artıq narahat edirsə, on dəqiqə dəsmal altında üzünüzü buxara verin.

Buxardan sonra qara nöqtələrin əl dəymədən qulaq təmizləyici çöpün köməyi ilə təmizlənməsi yaxşı olar.

Qara nöqtələrdən xilas olmaq üçün bunları bilmək vacibdir:

Qara nöqtəli dərilərdə nəm tarazlığı pozulduğuna görə mütləq dəriyə ən uyğun olan pH 5,5 təmizləyicilərdən istifadə etmək lazımdır.

Sabun şəklindəki təmizləyicilər qara nöqtələri artırır.

Qara nöqtə olan dəriyə yuyulduqdan sonra nəmləndirici çəkmək olmaz.

Maskalar

1. Bir çay qaşığı ağ gil, 1 çay qaşığı limon şirəsinin üzərinə biraz isti su əlavə edib qarışdırın. Üzünüzə çəkdikdən sonra 10 dəqiqə saxlayın və yuyun.

2. Bir az nanə, kəklikotu yarpağını bir qaba qoyub, üzərinə su əlavə edib qaynadın. Soyuduqdan sonra qara nöqtələrin üzərinə vurun.

3. Gil, badam yağı və bir qaşıq balı qarışdırıb üzünüzə çəkin və 35-40 dəqiqə saxlayın. Sonra soyuq su ilə üzünüzü yuyun.

4. Bir miqdar qarğadalı unu ilə qatığı krem halına gələnə qədər qarışdırın. Göz və dodaq ətrafı istisna olmaqla, bütün üzünüzə yuvarlaq hərəkətlərlə yedirin. Quruması üçün 15 dəqiqə gözləyin. Sonra azca isladılmış pambıqla təmizləyib, öncə ilıq, sonra isə soyuq su ilə yuyun.

5. Soda ilə duzu qarışdırıb üzərinə bir az su əlavə edin. Pambıqla qara nöqtələr olan bölgələri silin. Amma bunu həftədə bir dəfədən artıq etmək olmaz.

6. Bir yumurtanın sarısına 2 çay qaşığı şəkər tozu və 2 çay qaşığı aloe suyu töküb mikserlə yaxşıca qarışdırın. Sonra maskanın yarısını üzünüzə çəkin, quruyana kimi saxlayın. Quruduqdan sonra qalan hissəsini də çəkib yuyun.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm