Rəqqasə Fatimə: “Özümü saxlaya bilməyib, ağladım…”
Bizi izləyin

Tabloid.az

Rəqqasə Fatimə: “Özümü saxlaya bilməyib, ağladım…”

Rəqqasə Fatimə Fətəliyeva Şamaxıda yerləşən “Əlillər evi”nin sakinləri üçün iftar süfrəsi açıb.

Rəqqasə Fatimə Fətəliyeva Şamaxıda yerləşən “Əlillər evi”nin sakinləri üçün iftar süfrəsi açıb.

Tabloid.az xəbər verir ki, rəqqasəyə sənət dostları da dəstək olublar.

Müğənnilərdən Roza Zərgərli, Sevda Sanaliyeva, Sevinc Ağaşirinova, Elvin Abbasov, reper Qurd, “Banu rəqs” qrupu, prodüser Aysel Məhəmməd da həmin tədbirdə iştirak ediblər.

Rəqqasə bildirib ki, hər zaman savab işlər görməyi özünə borc bilir:

“Quran”da da var ki, sağ əlin verdiyini, sol əl bilməməlidir. Mən hər zaman savab işlər görməyi özümə borc bilirəm. Əlillər üçün təşkil edilən konserti isə unutmayacağam. Oradakı insanları görəndə ürəyim ağrıdı, özümü saxlaya bilmədim, ağladım. Sənət dostlarım çox sağ olsunlar, mənə dəstək oldular”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm