Evdə qaş necə boyanır?
Bizi izləyin

Tabloid.az

Evdə qaş necə boyanır?

Evdə qaş necə boyanır?

Tabloid.az evdə qaşları boyamağın əlverişli üsullarını təqdim edir:

Ləvazimatlar:

Boya fırçası və ya tuş

Qaş boyası

Pambıq və ya makiyaj təmizləyici

Tonik

Boya ləkəsi təmizləyicisi

Boya qoruyucu

Qaşları boyamazdan əvvəl üzünüzdəki makiyajı və çirk təmizlənilməlidir. Üzdə hər hansı bir makiyaj qalığı olmamalıdır.

Hazırlanması:

Qaşlarınızın rəngi saçlarınızın rəngi ilə uyğun olmalıdır. Əgər saçlarınız qaradırsa, qaşlarınızı qara və ya tünd qəhvəyi tonlarda boyamalısınız. Saçlarınız sarıdırsa, qaşlarınızı bir az açaraq yüngül kölgəli etməlisiniz.

Boyanı hazırlayarkən boya qoruyucunu və qaş boyasını eyni anda qarışdırmalısınız. Çünki eyni anda qarışdırılmazsa, boyanın konsistensiyası xəmir kimi olmaz. Boya qarışdırıldığı anda qaşlara çəkilməlidir. 2-3 dəqiqə saxlanılarsa, təsiri azalır.

Qaş boyasını qaşlara sürtərkən yaxşıca dairəvi hərəkətlərlə yedirin. Boya qaş diblərinə yaxşıca sürtülməlidir. Qaşlarınızı boyadıqdan 3 dəqiqə sonra boyanı silməyə başlayın. Pambıqla artıq boyanı silin. İstənilən rəng əldə edilmədisə, qaş təkrar boyana bilər.

Boyanın çox hissəsini pambıqla sildikdən sonra ləkə təmizləyicini pambığa damcıladıb təkrar təmizləyin. Qaş boyama əməliyyatı bitdikdən aralarda olan boşluqları qaş qələmi ilə doldurun.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm