• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Cazibəsi ilə dünyanı özünə heyran edən afrikalı qadın - FOTOLAR

Cazibəsi ilə dünyanı özünə heyran edən afrikalı qadın - FOTOLAR

Onun 48 yaşında olduğuna və ya 2 uşaq anası olmasına inanmaq həqiqətən çətindir. Söhbət Hollivudun ən gözəl və seksual ulduzu amerikalı aktrisa Holli Berridən gedir.

Afrikalı Ceromi Berri ilə ABŞ-a köçən avropalı Cudif Berrinin qızı Holli 1966-cı ildə Klevlenddə dünyaya gəlib. İlk dəfə 1989-cu ildə “Living Dolls” adlı serialda rol alan və yavaş-yavaş tanınmağa başlayan Holli 1991-ci ildə məşhur rejissor Spayk Linin “Jungle Fever” adlı filmi ilə ulduz olub. 1999-cu ildə “Introducing Dorothy Dandridge” serialındakı roluna görə, “Qızıl qlobus” mükafatına layiq görülüb. Holli 2002-ci ildə “Monster’s Ball” filmindəki roluna görə isə “Oskar” mükafatına layiq görülüb.

Qeyd edək ki, aktrisa ”Oskar” alan ilk afrikalı qadın olub.

Gözəl ulduz “Monster’s Ball”, “X-Men”, “Die Another Day”, “X2” kimi filmlərində rol alıb. Xüsusilə də, “Cat woman” (Pişik qadın) filmində seksuallığı ilə ön planda olub.

İki dəfə ana olan seksual aktrisa hamiləlikdən sonra qısa müddətdə ideal çəkisinə qovuşaraq dünya gündəmini gözəlliyi ilə yenə məşğul edib.

Hamiləlik aylarında, adi günlərdə, gecə mərasimlərində qüsursuz görünməyi bacaran Holli artıq “stil ikonası”na çevrilib.

Sinə dekoltesini çox sevən və sahib olduğu cazibədar dəri rənginin üstünlüyündən faydalanan ulduz sadə gözəlliyini nümayiş etdirir. Makiyajdan və dəbdəbədən uzaq olan aktrisa qadınlara sadə gözəlliyin sirlərini aşılayır. Boyu 1.70 sm olan ulduz boyunu daha uzun göstərmək üçün uzun geyimlərə və hündürdaban ayaqqabılara üstünlük verir.

Xüsusilə, qırmızı xalıda şıqlığı ilə hamını özünə heyran qoymağı bacaran Holli bədəninin gözəlliyini nümayiş etdirməyi çox sevir.

Yay aylarında bütün xanımların qaralmağa meyilli olduğunu nəzərə alaraq makiyaj, geyim və saç tərziniz üçün ilham ala biləcəyiniz Holli Berini “Onların stili”nə qonaq etdik. Yayın ən dəbli xanımı olmaq istəyirsinizsə, yazımızı oxumağa davam edin.

Dəvətlərin ən şıq geyinən qadını

Yaşına baxmayaraq, seksuallığından və gözəlliyindən heç nə itirməyən Holli Berri özünə ən çox qara rəngi yaraşdırır.

Elə dəvətlərə də çox vaxt qara rəngli geyimlərdə qatılır.

Qırmızı rəngin müxtəlif tonları, göy, çəhrayı, qızılı və qəhvəyi də aktrisanın ən çox müraciət etdiyi rənglərdir. Bu rənglər həqiqətən qara dərili insanlara çox yaraşır.

Halle-Berry

O, istər rol aldığı filmlərdə, istərsə də real həyatda cəsarət tələb edən açıq-saçıq geyimlərdə görünməkdən çəkinmir. Tez-tez sinə dekolteli libaslar geyinir. Ancaq kürək və ayaqlarını nümayiş etdirməyi də sevir.

Hollinin saçları

Aktrisa ən çox qısa saç modellərini sevir. Elə ona görə də saçlarını qısaltmağa qərar verən qadınlar ondan ilham alırlar. Qısa saçlara baxım asan olsa da, bu saç modelini üzə yaraşdırmaq çətindir. Ancaq Holli bu işin öhdəsindən gəlir.

Gözəl ulduzu orta uzunluqdaki saçlarda, uzun dalğalı və ya uzun bob saç modellərində də görmək mümkündür. Onun sevimli saç rəngi qaradır, ancaq həm rol aldığı filmlərə görə, həm də bəzən dəyişiklik etməyi sevdiyi üçün saçlarını şabalıdı və ya qəhvəyinin müxtəlif tonlarına boyayır.

Geyimi, makiyajı və aksessuar seçimləri ilə əsl dəb ilahəsi olduğunu hər fürsətdə isbat edən gözəl aktrisanın tərzinə moda dünyasının ən tanınmış stilistləri belə heyran qalırlar. Aktrisanın 2002-ci ildə “Oskar” almaq üçün gəldiyi mükafat gecəsinə geyindiyi paltarı 75 ilin ən yaxşı “Qırmızı xalı” geyimi seçilmişdi.

Hollinin gündəlik geyim tərzi

Modada trendləri müəyyənləşdirən, stilistlərə ilham verən aktrisa gündəlik həyatda olduqca sadədir. Belə ki, o, daha çox idman tərzini sevir, cins və qısaqol maykalardan vaz keçmir. Xüsusilə də uşaqları ilə vaxt keçirərkən rahat olmaq üçün sadə geyinməyə fikir verir.

Bol kəsimli koftalar və cırıq şalvarlar onun sevimliləri arasındadır.

Gündəlik həyatda ən çox boz rəngdə geyimlər geyinir. Bol kəsimli koftalarla lasiniləri kombin etməyi sevir.

Gündəlik geyimdə Wilt”, “Revlon”, “Inhabit” və “Monrow” brendlərinə üstünlük verir.

Paparassilər tərəfindən addım-addım izlənilən gözəl ulduzun alış-verişə gedərkən, uşaqları ilə vaxt keçirərkən və ya kinoya gedərkən nə geyindiyini bilmək və ondan ilham almaq o qədər də çətin deyil.

Ulduz şərf və günəş eynəyi olmadan evdən çıxmır. Xüsusilə, böyük günəş eynəklərinə üstünlük verən gözəlçə beləliklə, makiyajsız üzünü paparassilərdən gizləmiş olur.

Hamilə olmaq gözəl görünməyə əngəl deyil

Gözəl ulduz hər iki hamiləliyində də çox kökəlməyib. Aldığı çəkini tez zamanda atan və ideal bədən qürurlusuna qovuşan Holliyə heç kim 48 yaş vermir. Hamiləliyin gözəlliyə və dəbli görünməyə əngəl olmadığını sübut edən aktrisa dəvətlərdəki və gündəlik həyatdakı geyim seçimləri ilə hamiləlik dövründə də hamını özünə heyran qoymağı bacarıb.

Holli Berri makiyajı:

Makiyajda sadəliyə üstünlük verən seksual ulduz gözlərini vurğulamağı sevir. Qəhvəyi rəngli göz kölgələrindən istifadə edir. Dodaqlarına demək olar ki, həmişə bej rəngli dodaq boyası çəkir. Makiyajı o qədər sadə olur ki, üzündə ənliyin olub-olmadığı fərq edilmir.

Aksessuar seçimi

Aktrisanın sadəliyi sevdiyini qeyd etmişdik. Holli aksessuarlarda da sadəliyə üstünlük verir. Daha çox sırğalardan istifadə edir. Qolbaqlar və üzüklər də sevdiyi aksessuarlardandır.

Holli hansı brendlərin siması olub?

Aktrisanın zövqünə sadəcə qadınlar deyil, eləcə də dünyaca məşhur brendlər də güvənir. Hollinin hazırladığı geyimlər “Deichmann” brendinin 2012-2013 payız-qış kolleksiyasında yer alıb. Firmanın reklamında da yer alan Holli kolleksiyanıın ən şıq geyimlərini nümayiş etdirib. Beləliklə, gözəlçənin hazırladığı geyimlər dünyanın 21 ölkəsində xanımlara təqdim edilib.

Ulduzun özünün ətiri də var. Məşhur kosmetika şirkəti “Coty” ilə müqavilə imzalayan gözəl ulduz öz adını daşıyan ətirin satışa çıxarılmasına nail olub.

Üzərində Holli Berri cazibəsini hiss etmək istəyən qadınlar bu ətirdən istifadə edə bilərlər.

Yazının əvvəlində də qeyd etmişdik ki, Holli seksual görünməkdən həzz alır. Dünya ictimaiyyəti də onun cazibədarlığlını görür və dəyərləndirir. Belə ki, aktrisa 2009-cu ildə “son illərin ən seksual qadını” mükafatına layiq görülüb.

Holli Amerikanın “Spike TV” adlı kanalının təşkil etdiyi “Guys Choice mükafatları” gecəsinə damğa vurmuşdu. Belə ki, “son illərin ən seksual qadını” mükafatını almaq üçün səhnəyə çıxan aktrisa mükafatı təqdim edən Cemi Foksu ehtirslı şəkildə öpərək mükafata layiq olduğunu sübut etmişdi. Canlı yayımdakı öpüşmə səhnəsi onu bir müddət dünya gündəmində saxlamışdı.

Qeyd edək ki, bundan əvvəl də 2003-cü ildə “Oscar” mükafatı gecəsində bənzər hadisə baş vermişdi.

Belə ki, “The Pianist” filmindəki roluna görə, “ən yaxşı aktyor” mükafatına layiq görülən Adrian Broadi canlı yayımda qəflətən Holli Berrini qucaqlayaraq dodaqlarından öpmüşdü. Bu hadisə də çoxlu müzakirələrə səbəb olmuşdu.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR