Kişiləri qadınlardan soyudan səbəblər - Maraqlı faktlar
Bizi izləyin

Tabloid.az

Kişiləri qadınlardan soyudan səbəblər - Maraqlı faktlar

Qadınları kişilərdən uzaqlaşdıran səbəblər

Qadınları kişilərdən uzaqlaşdıran səbəblər

Saatlarla gözəl görünmək uğrunda xərclənən vaxt sonda eybəcər bir görüntü ilə nəticələnə bilər. Xoşagəlməz makiyaj isə kişiləri qadınlardan uzaqlaşdırır. Makiyaj edərkən bəzən kosmetikanın miqdarını qaçırırıq. Xoşagəlməz makiyaj isə gözəl qadını eybəcər edir və kişilər ondan uzaqlaşdırır.

Maskalı üz: Dərinizin gözəl görünməsi üçün bir neçə qat tonal krem, ənlik, kirşan kimi kosmetik vasitələr çəkmək lazım deyil. Kişilər bu görüntünü çirkin və çox diqqət çəkən hesab edirlər. Kişilər üzün maska kimi görünməsini sevmirlər.

Yapışqan dodaqlar: Dodaqların gözəl görünməsi üçün dodaqlara həddindən artıq “lipstick” (parladıcı) çəkmək lazım deyil. Yapışqan görünən dodaqlar kişilərə itələyici təsir bağışlayır. Buna görə parladıcı dodaq boyasını qat-qat çəkməyin.

Şişirdilmiş saçlar: Kişilər sadəliyin tərəfdarıdır. Təbii saçlar kişilərin ən çox diqqətini çəkən vasitələrdən biridir. Saçları broşlarla bəzəyib, gözəl görünmək istəyiniz əks nəticə verə bilər. Çünki kişilər belə saçı çirkin və səliqəsiz hesab edirlər.

Qurumuş dodaqlar: Qış aylarında soyuq hava dodaqları qurudur. Çatlamış dodaqlar kişilərin heç xoşuna gəlmir. Buna görə qış aylarında dodaqlara nəmləndirici çəkməyi unutmayın.

Qabıqlı dəri: Kişiləri əsəbləşdirən görüntülərdən biri də qurumuş və qabıq vermiş dəridir. Kişilər yumşaq dərili qadınları xoşlayır. Çünki onları həmcinslərindən ayıran fərq budur. Buna görə dərinizi hər zaman nəmləndirin.

Rəngarəng göz makiyajı: Dumanlı göz makiyajı qadınları daha cazibəli edir. Lakin makiyajı çox şişirtmək olmaz. Göz makiyajında istifadə etdiyiniz məhsulların böyük əhəmiyyəti var. Çünki keyfiyyətsiz məhsullar tez seçilir və eybəcər görüntü yaradır. Sevgilinizin gözündə çirkin və səliqəsiz görünmək istəmirsinizsə, göz makiyajını düzgün edin.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm