Ebru ilə Sinan dənizdə eşq sərxoşu oldular - Fotolar
Bizi izləyin

Tabloid.az

Ebru ilə Sinan dənizdə eşq sərxoşu oldular - Fotolar

Məşhur model və aparıcı Ebru Şallı ilə sevgilisi müğənni Sinan Akçıl Göcekdə istirahət edir

Məşhur model və aparıcı Ebru Şallı ilə sevgilisi müğənni Sinan Akçıl Göcekdə istirahət edir.

Ebru Şallının Harun Tandan olan oğlu Parsla birgə Göcekə gedən cütlük yaxta kirayələyib.

Cütlük paparassilərə yaxalanmamaq üçün çimərlikdə deyil, məhz yaxtada dincəlib. Ancaq müxbirlər onları addım-addım izləyərək fotolarını çəkməyə nail olublar.

Səhər saatlarında yaxtada plateslə məşğul olan Ebru iki uşaq anası olmasına baxmayaraq ideal bədənə sahib olduğunu nümayiş etdirib.

Model daha sonra oğlu ilə birgə dənizdə üzüb. Sevgilisi ilə günəşlənən Ebrunun olduqca xoşbəxt görünməsi diqqət çəkib. Eşq sərxoşu olan və fotokameralara əhəmiyyət verməyən cütlük uşaq kimi əyləniblər.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm