• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Bu meyvə dərini inanılmaz dərəcədə gözəlləşdirir

Bu meyvə dərini inanılmaz dərəcədə gözəlləşdirir

Ürəyə və bədənə gümrahlıq verən, bayramlarda ziyafətlərin bəzəyi olan üzümün bir çox faydaları var. Üzümün sağlamlığa göstərdiyi təsir çox əladır. Belə ki, üzüm meyvəsi böyrəklərin işləməsini asanlaşdırıb, ürək döyüntülərini tənzimləyir, qaraciyəri tənzimləyər. Qara üzüm qabığı və tumları ilə birlikdə yeyilərsə, hüceyrələri yeniləyir. Üzüm həzm prosesini asanlaşdırır, qan azlığını tənzimləyir. Lakin onu da qeyd edək ki, kalorisi yüksək olan üzümün 1 gündə 15-20 ədəddən çox yeyilməməlidir. Müxtəlif minerallar və vitaminlərlə zəngin olan üzümün insan sağlamlığındakı rolu yüksəkdir. Tabloid.az üzüm və çəyirdəyinin faydalarını təqdim edir:

Üzüm həm fiziki, həm də zehni işlərlə məşğul olanlar üçün faydalıdır. İmmunitet sisteminin möhkəmlənməsi, qanazlığının müalicəsində üzümün rolu böyükdür. Üzümün həmçinin, qanın təmizlənməsində, orqanizmdə yığılan zərərli maddələrin xaric edilməsində əhəmiyyətli rolu var. Üzüm ürək-damar sisteminin fəaliyyətini nizamlayır.

Üzümün çəyirdəyi də şəfa mənbəyidir. Belə ki, üzüm çəyirdəyinin tərkibində təbii antioksidant birləşmələri mövcuddur. Üzüm çəyirdəyində olan bu birləşmələr immunitet sistemini möhkəmləndirir, xərçəng toxumalarının və xəstəlik yayan bakteriyaların əmələ gəlməsinin qarşısını alır.

Hətta kliniki araşdırmalar nəticəsində üzüm çəyirdəyinin bəzi göz və dəri xəstəliklərinin müalicəsində də gözəl nəticələr verdiyi göstərilir. Gözdəki damarları gücləndirib, qan dövranını yaxşılaşdırır. Gözün şəffaf təbəqəsini qoruyur. Yaşla birlikdə artan görmə zəifliyinə mane olur. Kataraktanın əmələ gəlməsinə mane olur. Qan və limfa dövranını nizamlayır.

Ən güclü antioksidant hesab edilən üzüm çəyirdəyi xərçəng xəstəliyinə müsbət təsir edir, xərçəngin müalicəsini asanlaşdırır. Damarları qoruyur, damar sərtliyinin qarşısını alır, damar xəstəliklərini müalicə edir. İnfarkt xəstəliyini azaldır. Pis xolesterolu azaldıb, yaxşı xolesterolu yüksəldir.

Diabet xəstələrinə müsbət təsir edir. Qan damarlarını gücləndirir. Kapilyar damarları gücləndirərək yüksək təzyiqə yaxşı kömək edir.

Dəri problemlərinə müsbət təsir edir, dərini gözəlləşdirir və dəri sallanmasına mane olur. Üzümün allergiya problemlərinin qarısını alan özəlliyi vardır.

Diş əti qanamasında müalicəvi özəlliyə sahibdir. C vitamininin təsirini artırır.

Saç hüceyrələrini inkişaf etdirir.

Böyrək və bağırsaqları təmizləyir. Revmatizm xəstəliyinə müsbət təsir edir.

Üzümün yarpağı giləmeyvəsi qədər faydalıdır. Azərbaycan mətbəxinin ən dadlı yeməyi dolma da məhz onun yarpağından hazırlanır.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR