Göz quruluğunun səbəbləri və müalicəsi
Bizi izləyin

Tabloid.az

Göz quruluğunun səbəbləri və müalicəsi

Yay aylarında isti hava özü ilə birgə xeyli problem gətirir

Yay aylarında isti hava özü ilə birgə xeyli problem gətirir. Bu mövsümdə xəstəliyə yaxalanma riskimiz çoxalır. Allergik xəstəliklər, qrip, kondisionerin xəstəlikləri ilə yanaşı, isti hava həm də göz quruluğuna səbəb olur.

Göz quruluğu həm Günəşdə çox qaldıqda, həm də kondisionerli otaqda çox qaldıqda baş verir.

Göz quruluğunu evdə müalicə etmək mümkündür.

Bunun üçün aşağıdaki məsləhətlərə əməl etmək lazımdır:

Gözü təmizləmək, kompres qoymaq və masaj etmək lazımdır.
İsti kompres hazırlamaq göz qapağındakı iltihablanmaya əleyhinə faydalıdır. Göz qapaqlarını təmizləyərkən körpə şampunlarından istifadə etmək olar. Bu cür təmizlik üsulları göz quruluğuna effektli təsir göstərir. Göz təmizliyi sayəsində isə bakteriyalar azalır.

Reseptsiz göz damlaları

Reseptsiz satıln göz damlaları göz qışasını nəmlə təmin edir və göz səthini qoruyur. Bu növ damladan gündə dörd dəfə istifadə etmək olar. Ehtiyac duyulan sıxlıqda istifadə edilməsi daha çox məsləhət görülür.

Göz məlhəmləri

Sürüşkənləşdirici göz məlhəmləri, göz damlalarından və gellərindən daha faydalıdır. Ancaq gün boyu istifadə etdikdə görmə qabiliyyəti bulanıq ola bilər. Buna görə də həmin məlhəmlərdən yatarkən istifadə etmək lazımdır.

Fasilə vermək

Əgər gözlərinizin kitab, qəzet oxuyarkən, televizor seyr edərkən və kompyüter qarşısında olarkən quru olduğunu hiss edirsinizsə, tez-tez fasilə verin. Bu gözlərin istirahət etməsini və nəmlənməsini təmin edəcək.

Otağın bir qədər nəmli olması vacibdir

Həm qış sobaları, həm də yayda istifadə edilən havalandırma sistemləri, havadakı nəmin azalmasına səbəb olur. Həddindən artıq hava hərəkəti isə göz quruluğu yaradır. Tavan ventilyatorlarının və ya pərlərin sürətini azaldaraq həddindən artıq hava axınını qarşısını almaq olar. Bundan əlavə havada daha çox nəm olmasını təmin edən cihazlardan istifadə etmək də lazımdır.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm