Kişilər bu qadınları ciddi münasibətə layiq görmür
Bizi izləyin

Tabloid.az

Kişilər bu qadınları ciddi münasibətə layiq görmür

Kişilər bu qadınları ciddi münasibətə layiq görmür

Tədqiqatlar əksər kişilərin belə qadınları nəinki sevmədiyini, hətta onlardan uzaq durmağa çalışdığını göstərib. Məlum olub ki, kişilər bu cür xanımlardan nə iş, nə də şəxsi məsələlərdə münasibətdə olmağı arzulayır. Seksoloqlar bildirirlər ki, qadının qədəhində qalan pomada izi, ətrafa səpələnən pudra, paltara çıxmış krem izi kişilərin 49 faizini qıcıqlandırır. Onların 51 faizi isə, ümumiyyətlə, makiyajsız qadına üstünlük verirlər.

Araşdırma göstərib ki, kişilərin əksəriyyəti son dərəcə parlaq makiyaj etmiş qadınla tanış olmağa cəhd göstərmir, yaxud yüngül əxlaqlı qadın kimi münasibət göstərirlər. Kişilərin böyük əksəriyyəti hesab edir ki, belə xanımlar ciddi münasibətlərə qadir deyil.

Yeri gəlmişkən, Braziliyalı alimlər araşdırıblar ki, dodaq boyası kariyes yaradır. Dodaq boyasından çox istifadə edən qadınların dişlərində kariyesin əmələ gəlmə riski böyükdür. Bunu braziliyalı mütəxəssislər dünyada məşhur olan 10 brendin dodaq boyasını analiz etdikdən sonra üzə çıxarıblar. Tabloid.az Rusiya mətbuatına istinadən xəbər verir ki, pomadaların tərkibindəki parafin kariyesə səbəb olur. Boyanın tərkibində onun miqdarı az olsa da, hər gün pomadadan istifadə sonda belə problemə aparıb çıxarır.

Bu baxımdan əziz xanımlar, kişilərin və həkimlərin fikrini nəzərə alaraq dodaq boyasından mümkün qədər az istifadə edin.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm