24 saatda ideal bədənə sahib olmağın yolları
Bizi izləyin

Tabloid.az

24 saatda ideal bədənə sahib olmağın yolları

İdeal bədənə sahib olmaq üçün bir gün də kifayətdir

Bir gün sonra istirahətə gedəcəksiniz, amma hələ də ideal bədənə sahib deyilsiniz? Özünüzü bikini geyinməyə hazır hiss etmirsiniz. Bəs nə etməlisiniz?

İdeal bədənə qovuşmaq üçün bir gün də kifayətdir. Düzdür, bir gündə möcüzələr baş verməz. Yəni çox kök xanım bir gecədə 50 kilo ola bilməz. Amma 1-2 kilo çəkidən qurtulmaq elə də çətin deyil. Bir neçə məsləhətə əməl etsəniz, bədəndəki şişkinlikdən xilas ola bilərsiniz ki, bu da sizi olduğunuzdan daha arıq göstərər.

Xəyallarınızdakı vücuda qovuşmaq istəyirsinizsə, yazımızı oxumağa davam edin.

Qidaları çiy qəbul edin

Çiy tərəvəz və meyvələr yeyin. Onların tərkibində çoxlu su və lif var. Son 24 saatda təkcə çiy qidalardan istifadə etsəniz, qarnınızın düzləşdiyini görəcəksiniz.

Bu qidalar iştahanızı kəsəcək, həmçinin dərinizə parlaqlıq bəxş edəcək.

Hərəkət edin

İstirahətə getmədən bir gün öncə mümkün olduğu qədər çox hərəkət edin. İdmanla məşğul olun və rəqs edin. “Victoria’s Secret”in mələyi Adriana Lima, dəfiləyə çıxmaya bir həftə qalmış gün ərzində bir neçə saat idman edir. Miranda Kerr isə əzələlərini daha şişkin və sağlam göstərmək üçün fotosessiya etdirmədən öncə 10 dəqiqə idman edir.

Karbohidratdan uzaq durun

Xüsusilə, undan mümkün olduğu qədər uzaq durun. İstirahətdən öncəki son 24 saatda düyü, makaron, ağ çörək kimi qidalardan istifadə etməyin.

8 saat yatın

İstirahətdən öncəki gün mütləq 7-8 saat yatın. Yuxu vücuddakı şişkinliyi azaldır və dərini gözəlləşdirir.

Probiotiklərdən dəstək alın

Əgər özünüzdə şişkinlik olduğunu hiss edirsinizsə, tərkibində probiotik olan məhsullardan istifadə edin. Son 24 saatda yeyəcəyiniz probiotik tərkibli yoqurt şişkinliyi aradan qaldıracaq. Həmçinin metabolizmanın sürətlənməsinə kömək edəcək.

Su için

Hamı bilir ki, çoxlu su içən insanın metabolizması daha sürətlə işləyir. Xüsusilə, isti yay günlərində mütləq çoxlu su içmək lazımdır. Gündə ən az 2 litr su için.

Dərini qaraldan vasitələrdən istifadə edin

Hamımız bilirik ki, qara dəri insanı daha arıq göstərir. Həmçinin qaralmaq dəridəki qüsurları da gizlətmək üçün əla üsuldur.

Əgər ağbənizsinizsə, ilk dəfə günəşlənmədən öncə dərini qaraldan spreylərdən və ya kremlərdən istifadə edin.

Spirtli içkidən uzaq durun

İstirahətə getməyə hazırlaşdığınız günlərdə spirtli içkilərdən uzaq durun. Çünki spirtli içkilər həm kökəldir, həm də şişkinlik yaradır.

Duzdan istifadə etməyin

İstifadə etdiyimiz duz bədəndə suyun toplanmasına və şişkinliyə səbəb olur. Duzdan vaz keçmək sizi ən az 1 kilo arıq göstərəcək.

Özünüzə inanın

Özünüzə güvənin və xoşbəxt olduğunuzu hiss edin. Axı istirahət, əyləncə, dostlarla xoş vaxt keçirmək deməkdir. Özünüzü nə qədər xoşbəxt hiss etsəniz, kənardan da bir o qədər gözəl və cazibədar görünəcəksiniz.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm