Üsyankar qadınların toppuz modeli - Fotolar
Bizi izləyin

Tabloid.az

Üsyankar qadınların toppuz modeli - Fotolar

Yay mövsümünün ən dəbli saç modeli

Ötən əsrin 90-cı illərinin dəb trendləri günümüzə improvizə olunmağa davam edir. İstər geyimdə, istər aksessuarda ötən illərin təsirini hiss edirik.

Bu trend saçlarda da öz sözünü deyir.

Bir neçə mövsümdür ki, podiumlarda ötən əsrin saç dəbi olan dağınıq saçlarla toppuzun harmoniyasından yaranan modelləri görürük.

Bu saç modeli yay mövsümü üçün uyğundur. Çünki həm fərqlidir, həm dəblidir, həm də bu saçı yığmaq çox asandır.

Toppuz saç insanda ciddilik təssüratı yaradır.

Ancaq bu toppuzların tərzi fərqlidir.

Bu toppuzlar üsyankar, heç nəyə əhəmiyyət verməyən qadınların seçimidir.

Bohem stilinə uyğun olan yarım toppuzlardan daha çox musiqi festivalları və konsertə gedərkən istifadə etmək məsləhət görülür.

Sienna Miller, Julianna Houg və Vitni Port kimi ulduzlar da bu saç modelinə tez-tez müraciət edirlər.

Bu saç modelinin daha gözəl görünməsini istəyirsinizsə,saçlarınızı düzləşdirməyin. Dağınıq və qabarıq saçlar yarım toppuz modelinin daha möhtəşəm görünməsinə səbəb olur.

Saçlarınızın yarısını yixarıdan yığın və at quyruğu formasında olan hissəni toppuz formasına gətirin.

Yarım toppuz modeli çimərliklərdə dəbli görünmək istəyənlərin də ilk seçimidir.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm