Rihanna faciəyə səssiz qala bilmədi - FOTOLAR
Bizi izləyin

Tabloid.az

Rihanna faciəyə səssiz qala bilmədi - FOTOLAR

Rihannanın tvitləri dünya gündəmini zəbt etdi

Barbadoslu müğənni Rihanna "Twitter" hesabından Fələstinə dəstək verən mesaj paylaşıb. Ancaq o, paylaşdığı "Fələstinə azadlıq" mesajını izləyicilərinin təzyiqi ilə silməyə məcbur olub. Bu dəfə də mesajı sildiyi üçün tənqid olunan müğənni çarəni yeni mesaj paylaşmaqda görüb. İkinci dəfə paylaşdığı mesajda "Sülh və Fələstin-İsrail münaqişəsinin başa çatması üçün dua edək" sözlərini yazan Rihannanın tvitləri dünya gündəmini zəbt edib.

Qeyd edək ki, İsrail bir həftədir ki, Qəzzəni bombalayır. Nəticədə 200-ə yaxın insan ölüb, minlərlə insan yaralanıb. Pop ulduz Rihanna son tvitlərini həlak olan fələstinli uşaqların görüntüləri yayıldıqdan sonra faciəyə səssiz qala bilməyərək paylaşmışdı.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm