Cazibədar modelin 427 milyon dollarlıq sərvəti - Fotolar
Bizi izləyin

Tabloid.az

Cazibədar modelin 427 milyon dollarlıq sərvəti - Fotolar

Jizel günə 128 min dollar qazanır

Jizel Bündhen son 7 ildir ki, dünyanın ən çox gəlir əldə edən modelidir.

Son illər o, daha çox qazanmağa başlayıb. “Forbes”-in məlumatına görə, Jizel ötən il 47 milyon dollar qazanıb. Bu da onun günə təxminən 128 min dollar gəlir əldə etməsi deməkdir.
Son vaxtlar Bündhen eyni zamanda, bir çox işlə məşğul olub. “H&M” brendi üçün mahnı oxuyub, “Chanel” üçün çəkilən reklam filmində rol alıb, dünya çempionatının reklam kampaniyasında “Louis Vuitton”un üzü olub.
“Forbes” jurnalı məşhur modelin 2001-ci ildən bu yana yarım milyard dollara yaxın, yəni, 427 milyon dollar gəlir əldə etdiyini yazıb. Model “Forbes” jurnalının "2014-cü ilin ən zənginləri" siyahısında yer alıb. O, siyahıda ən güclü qadınlar arasında 89-cu, ən varlı məşhurlar arasında isə 56-cı olub.
Bündhen “Forbes” jurnalında yer alan məlumatlara münasibətini bildirib:
"Bu rəqəmləri yazanlar mənim bankdaki hesabımın detallarını bilmirlər. Bəli, çox qazanıram. Amma onların dediyi qədər yox. “Forbes”-in siyahısına görə, vergi müfəttişləri hər addımımı izləyirlər. Siyahıda adımın olub-olmaması məni maraqlandırmır. Ancaq insanlara yanlış məlumat ötürməsinlər”.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm