Başağrısından reyhanla xilas olun
Bizi izləyin

Tabloid.az

Başağrısından reyhanla xilas olun

Reyhanın faydalarını saymaqla qurtarmaq olmur

Reyhan xoş dadlı və ətirli olduğu üçün əsasən, ədviyyat kimi işlədilir. Reyhandan souslara, salatlara və yeməklərə dad və ətir vermək üçün istifadə edilir. Bu bitkini xüsusilə, pomidor və xiyardan hazırlanmış salatlarda mütləq istifadə etmək lazımdır.

Reyhanın yarpaqlarında efir yağı, azotlu maddə, yağ, sellüloza və bir sıra vitaminlər var. Qida ilə qəbul olunmuş reyhan maddələr mübadiləsini yaxşılaşdırır, həzmi asanlaşdırır və mədə-bağırsaq sistemini nizamlayır. Reyhanın faydaları bununla bitmir.

Bu bitki baş ağrısından xilas olmaq üçün ən yaxşı vasitədir. Bunun üçün 5 dəqiqə ərzində reyhan iyləmək kifayətdir. Reyhanın insan orqanizminə verdiyi digər faydalar bunlardır:

Sakitləşdirici təsirə malikdir.

Depressiyaya qarşı faydalıdır.

Enerji verir.

İştahanı açır.

Ağız yaralarına qarşı faydalıdır.

Öskürəyin qarşısını alır.

Baş gicəllənməsinini aradan qaldırır.

Dəri xəstəliklərinə qarşı faydalıdır.

Saç köklərini gücləndirir.

Revmatizma xəstəliyinin mualicəsinə kömək edir.

Oynaq ağrılarını aradan qaldırır.

Bronxit və astma xəstəliklərinə qarşı qoruyur.

Arı zəhərinin təsirini azaldır.

Avitaminoza qarşı faydalıdır.

Spazmalara qarşı təsirlidir.

Böyrək xəstəliklərinin profilaktikasında tətbiq edilir

Yuxusuzluğu aradan qaldırır.

Sidikqovucu və qazqovucudur.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm