Ətrin daha qalıcı olması üçün nə etmək lazımdır?
Bizi izləyin

Tabloid.az

Ətrin daha qalıcı olması üçün nə etmək lazımdır?

Ətirdən necə istifadə etməliyik?

Ətirlər qoxularını yaymaq üçün istilik, hərəkət kimi faktorlara ehtiyac duyarlar. Bədəninin bəzi bölgələri ətir vurulması üçün əsas sayılır. Tabloid.az Rusiya mətbuatına istinadən ətirlər haqqında maraqlı faktları təqdim edir:

İsti və nəmli nöqtələr: qoltuq altları, sinə araları, boyun arxası, qulaq arxaları və göbək.

Qanın çox təzyiqlə vurulduğu nöqtələr: bilək içləri, gicgahlar və boyun.

Saçlar: Saçınıza ətir vurmaq istəyirsinizsə, əvvəlcə onun təmiz olmasına diqqət yetirin. Qoxuların bir-birinə qarışmaması üçün şampununuzu qoxusuz olanlar arasından seçin. Saçlarınız qısadırsa, saç diblərinə, uzundursa, uclarına sıxmanız kafi olacaq. Lakin saça ətir vurmaq məsləhət görülmür. Çünki ətirin tərkibində kimyəvi maddələr saçı yandıra bilər. Vursanız belə, az olmasına fikri verin. Ən yaxşısı isə saçınızı darayarkən darağınıza bir az ətir vurun!

Geyimlər: Ətirlər pambıqlı, yunlu kimi təbii liflə toxunmuş parçalarda çox qalıcı olur və rahat yayılır. Sintetik liflərdə yayılması və qalıcılığı azdır. Ətrin ən qalıcı olduğu geyimlər isə kürklərdir.

Niyə ətirlər hər bədəndə fərqli iy verər?
Ətirlər spirt, aromatik yağ və sudan hazırlanır. Bu yağlar dəri ilə təmasda olanda hər bədən tipinə görə fərqli reaksiya göstərir. Bir bədəndə yüngül digər bədəndə güclü reaksiyalar da fərqli şəkildə qoxunun ortaya çıxmasına səbəb olur.

  • İpək geyimlərinə ətir vurmayın, qalıcı ləkələr buraxar.
  • Əgər ətirinizi tez-tez dəyişdirirsinizsə, yalnız bədəninizi ətirləməklə kifayətlənin. Qoxu onsuz da geyimlərinizə də keçəcəkdir.
  • Ləl-cavahirat və xüsusilə, incilərin yaxınında ətir istifadə etməyin: Ətirlərdəki spirt ləl-cavahiratların parlaqlığını yox edər və inciləri saraladar.
  • Geyim şkafınızı ətirləməyi unutmayın.
  • Günəşə çıxışdan əvvəl dəriyə vurulmuş ətirlər ləkələrin yaranmasına gətirib çıxardır.

Ətrin daha qalıcı olması üçün nə etmək lazımdır?

Ətrin uzun ömürlü olmasını istəyirsinizsə, saxlama qaydasına diqqət etməlisiniz. Ətrin dayanıqlığını artırmaq üçün bunları tətbiq edin:

  • Ətri sıxdıqdan sonra qapağını yaxşı bağladığınızdan əmin olun.
  • Ətri Günəş şüası düşən yerə qoymayın. Sərin yerdə və kölgədə qalması qoxunun qalıcı olmasına kömək edir, həm də ömrünü uzadır.
  • Ətri nəmli yerdə saxlamayın.
  • Ətrin ömrünün uzun olmasını istəyirsinizsə, onu dolabın içində saxlayın.
Oxumağa davam et
Reklam
Reklam

Gündəm