Eşqə görə İslamdan imtina edən seksual model
Bizi izləyin

Tabloid.az

Eşqə görə İslamdan imtina edən seksual model

Fərqli üz quruluşu, insana nüfuz edən baxışları və həddindən artıq arıq olması ilə digər modellərdən fərqlənən Tuğçə seçimləri, stereotipləri dağıdan fikirlərinə görə, bir qisim insanın sevgisini, çoxluğun isə nifrətini qazanıb.

Tuğçə Kazazı yəqin ki, tanımayan yoxdur. 1982-ci il təvəllüdlü gözəl model bir vaxtlar Türkiyə gündəmini zəbt etmişdi. Belə ki, o, Kənan Doğulu ilə yaşadığı eşq macərası sayəsində şöhrətin pillələrini sürətlə qalxıb. Daha sonra onun yunanıstanlı Yorqo Seitaridis ilə evlənməsi, xristian dinini qəbul etməsi xəbərləri ilə şou aləmində əsl bomba effekti yaratdı. Ancaq gözəlçənin sensasiyaları bununla da bitmədi. Ərindən boşandı, bu dəfə də buddizm dininə keçdiyi iddia olundu, nəhayət Türkiyəyə qayıdaraq yenidən islama döndüyünü, müsəlman olduğunu açıqladı.

Fərqli üz quruluşu, insana nüfuz edən baxışları və həddindən artıq arıq olması ilə digər modellərdən fərqlənən Tuğçə seçimləri, stereotipləri dağıdan fikirlərinə görə, bir qisim insanın sevgisini, çoxluğun isə nifrətini qazanıb.

Biz də hamıya maraqlı olacağını düşünərək bu dəfə “Şirin söhbət”ə Tuğçə Kazazı qonaq elədik.

-Model olmağa nə vaxt qərar verdin?

-Hələ liseydə oxuyanda basketbol oynayırdım. Gələcəkdə basketbolçu olacağımı düşünürdüm. Ancaq mənə qarşı haqsızlıq edildi.

Mən də idmandan uzaqlaşdım. Həmin vaxt bacım “Elite Model Look” adlı yarışmada iştirak etməyim üçün çox təkid etdi. O vaxtlar idman stilində geyinirdim. Artıq daha şıq paltarlar geyinib özümü qadın kimi hiss etmək istədiyimi anladım.

Həm də universitetə qəbul olunmuşdum. Ailəmin maddi vəziyyəti yaxşı deyildi. Fikirləşdim ki, həm işləyərəm, həm də oxuyaram. Ona görə də bir model agentliyində qeydiyyatdan keçdim. Ancaq işə başlayandan 3 ay sonra universiteti atdım.

-Şan-şöhrət sənin üçün nə ifadə edir?

- Şöhrət oddan hazırlanmış köynək kimidir. İnsanı yandırır. Mən şan-şöhrət düşkünü deyiləm.

- Sanki həmişə axtarışdasan?

-Uzun illər axtarışda olmuşam, itirdiklərim çox olsa da, qarşılığında təcrübə qazanmışam. Heç vaxt axtarışdan vaz keçməmişəm.

Öyrənməyə və özümü tanımağa həvəsliyəm.

-Bir müddət mediada haqqında xoşagəlməz xəbərlər yayıldı. Həmin vaxt özünü necə hiss edirdin?

- Özümü çox pis hiss edirdim. Məni səhv başa düşürdülər. Mediada əsl yaşadıqlarımla bağlı heç bir məlumat yer almırdı. Özlərindən uydurub yazırdılar. Hətta çay daşıdığım, tualet təmizlədiyim və bu işlərdən qovulduğumla bağlı xəbərlər yazdılar.

Amma mən nə yaşadığımı bilirəm. Onların hamısı yalan idi. Ona görə də yazılanları vecimə almadım.

Mən çəkinmədən axtarışlarıma davam edib, cəsarətli addımlar atıb bu nöqtəyə gəlmişəm.

-Sevdiyin kişi üçün nələrdən vaz keçərsən?

-Məncə bu sualın cavabını bilirsiniz. Mən sevdiyim insan üçün dinimi belə dəyişmişdim.

-Atdığın o addımdan peşmansan?

-Mən peşmanlıqdan tövbə edərək xilas olmuşam. O səhifə bağlandı, həyatımda yeni bir səhifə açdım. Neçə ildir ki, o səhvlərimi fikirləşirəm, artıq həmin səhvləri təkrar etmirəm.

İndi məndən nümunə götürən gənc qızların eyni xətaları etməməsi üçün əlimdən gələni edirəm.

-Bəs niyə xristian olmağa qərar vermişdin? Məhz ərinin istəyi ilə bu addımı atmışdın?

-Mən hələ də din məfhumunun nə olduğunu araşdırıram. Hələ də öyrənirəm.

Cəmiyyət bizə öz doğrularını sırıyır. Bəziləri bunun fərqində olur, bəziləri də olmur. Yəni, İslamın mükəmməl din olduğuna əmin deyildim. Fikirlərim qarışıq idi. Eşq də dindən çıxmağıma vəsilə oldu. Sevdiyim adam üçün belə bir fədakarlıq edə biləcəyimi düşündüm.

- Xaç suyuna salındıqdan sonra nə hiss etdin?

- Fərqli bir dini ritual olduğuna görə həyəcanlanmışdım. Bunu etməklə yaradanı əsəbiləşdirdiyimi düşünüb qorxdum. Amma sonra fikirləşdim ki, yaradan təkdir. Xristianlıq da onun dinlərindən biridir. Mən özümə yeni Tanrı yaratmamışdım. Bu fikirlər məni bir az sakitləşdirdi.

-İndiki ağlın olsaydı, yenə eyni qərarları verərdin?

-O vaxt balaca idim, indi böyümüşəm.

- Müqəddəs torpaqlara gedəcəyini demişdin...

- Mən elə bir söz deməmişdim. Elə yazmışdılar. Amma həyatda hər şey ola bilər. Bəlkə də gələcəkdə gedərəm.

-Modelliyə davam edəcəksən?

- Bədənimin gözəlliyini qoruyub saxlaya bildiyim qədər bu işə davam edəcəyəm. Amma hazırda aktrisalıq mənim üçün daha önəmlidir. Filmlər və seriallarda rol almağa üstünlük verirəm. Çox bəyəndiyim təklif gələrsə, modellik də edərəm.

-Alt paltarı və çimərlik geyimlərinin təqdim edildiyi dəfilələrə də çıxacaqsan?

-İndi elə dəfilələrə çıxmıram, amma gələcəkdə ola bilər.

-Əvvəlki kimi açıq-saçıq geyinmirsən...

- Yenə geyinirəm, amma əvvəlki qədər yox. Çox geyinmişəm, doymuşam, bəsdir.

-Bir ara sənin hicab bağlayacağın ilə bağlı xəbərlər yayıldı. Elə bir fikrin var?

-Hazırda elə bir şey düşünmürəm.

-Yenidən İslamı qəbul etdikdən sonra qapalı geyim kolleksiyasının nümayişi üçün podiuma çıxdın. Bu addımını tənqid edənlər də oldu, bəyənənlər də. İş üçün də olsa hicab geyinmək necə bir hiss idi?

-O paltarları geyinəndə özümü qəribə hiss etdim. Ancaq elə dəfiləyə çıxmaq məni xoşbəxt etdi. Çox təsirləndim.

O dəfilədə iştirak etməyim insanların fikirlərinə, inanclarına görə qruplara bölünmədiyini, hər şeydən öncə insanın özünə dəyər verdiyimi xatırlatdı mənə. İlk dəfə belə bir təklif gəlmişdi, təklifi qəbul etdiyim üçün peşman olmadım.

-Namaz qılıb, oruc tutursan?

-Əlimdən gəldiyi qədər…

-Öpüşmə, sevişmə səhnələrinin olduğu filmdə rol alarsan?

- Xeyir. Mən bunu düzgün qəbul etmirəm. Bir filmdə öpüşmə, sevişmə səhnəsinə ehtiyac yoxdur. Bunlar filmə daha çox tamaşaçı toplamaq, daha çox qazanmaq üçündür. Mən də bunu özümə yaraşdırmıram.

- Modellərin aktrisalığa meyl etməsi elə də xoş qarşılanmır. Amma sənin oyununu demək olar ki, hamı bəyəndi. Bunu nə ilə əlaqəlidir

- Düzdür, ölkəmizdə elə bir fikir var ki, model ancaq modellik etməlidir, aktrisa müğənni ola bilməz və ya əksinə. Ancaq bütün dünyada kimin hansı bacarığı varsa, onu nümayiş etdirir. Mənim aktrisa kimi fəaliyyət göstərməyimə də mənfi reaksiya göstərənlər oldu. Ancaq mən özümə güvənirəm. Bu işin öhdəsindən gəldiyimə inanıram. “Möhtəşəm yüz il” serialından təklif gəldiyi iddia olunmuşdu. Amma yalandır, mənə elə təklif gəlməyib. Gəlsəydi belə qəbul eləməzdim.

- Sənin üçün alt paltarı kolleksiyasının nümayişi ilə adi paltarın nümayişinin fərqi var?

-Mənim üçün heç bir fərqi yoxdur. Alt paltarının digər geyimlərdən heç bir fərqi olmadığını bilirəm. Bizim iş bədənimizlə birbaşa əlaqəlidir. Qadınların geyindiyi, istifadə etdiyi hər şeyi nümayiş etdiririk. Ancaq qərara almışam ki, bir daha alt paltarı nümayiş etdirmək üçün podiuma çıxmayacağam.

-Hər model alt paltarı dəfiləsinə çıxa bilər?

-Yox. Bədən qüsursuz olmalıdır. Mən hamının yediklərini yeyə bilmirəm. Az yeyirəm, yaxşı çeynəyirəm, süfrədən ac qalxıram. İdmanla məşğul oluram.

-Neçə döyməniz var?

- Yeddi.

-Bundan 10 il əvvəl modellərin döymə etdirməsinə icazə vermirdilər. Yəni qəbul olunmurdu. Amma hazırda demək olar ki, döyməsiz model yoxdur.

-İnsana qadağa qoymaq olmaz. Modellik işdir, peşədir. Bu işlə məşğul olanların da döymə etdirməyə haqqı var. Döymələrimi çox sevirəm. Amma başqa döymə istəmirəm, elə olanlar bəsimdir.

-Döymələrinin mənası var?

-Əlbəttə, biri ombamın üstündədir. Bir-birini qucaqlamış kişi və qadın fiqurudur. İkincisi çiynimdədir, mələk fiqurudur. Məni qoruduğuna inanıram. Ayağımdaki böyük bir gül döyməsi var. Barmağımda üzük döyməsi var. Göbəyimdəki fiqurun mənasını bilmirəm. Xoşuma gəldiyi üçün etdirmişdim. Sağ ombamın üstündə qadın fiquru var.

Biri də sinəmin ortasındadır. Bəzilərinin mənasını demədim. Çünki şəxsidir.

-Bəzi fotosessiyalarda sənin döymələrini fotoşopla silirlər. Bu sənə pis təsir etmir?

-Yox. Niyə eləsin ki? Döymə etdirmək mənim seçimimdir. Döyməni saxlayıb saxlamamaq da firmanın seçimidir.

Məsələn, “Armani” çəkilişlərdə ayağımdakı döymənin görünməsini istədi. Döyməm görünsün deyə, ona uyğun paltar və ayaqqabı modeli seçdilər.

-Demək olar ki, bütün modellərin arzusu “ Victoria’s Secret” mələyi ola bilməkdir. Sənə firmadan təklif gəldi, amma qəbul eləmədin. Səbəb nə idi?

- “ Victoria’s Secret” modellərə çox əzab verir. O firma ilə işləmək çox çətindir. Həm də mən ancaq alt paltarı və bikini dəfilələrində yer almaq istəmirəm.

-Deyək ki, qarşına başqa dinə inanan bir adam çıxdı, yenə dinini dəyişərsən?

-Dəyişmərəm. Onu da dəyişməyə çalışmaram. Mənimlə şərtlə evlənəcəksə, heç evlənməsin. Artıq belə düşünürəm.

-İkinci dəfə ailə qurmağı düşünürsən?

-Gələcəkdə ola bilər. Amma artıq məntiq evliliyi olacaq. Daha eşqə inanmıram.

-Eşqə olan inamını Kənan Doğulu yoxsa, Yorqa öldürdü?

- Hər ikisi də. Yorqo ilə evlənəndən sonra hər şey dəyişdi.

Kənanda isə vəziyyət tamam fərqli idi. Mənim xəyanət etdiyim iddia olundu. Amma yalan xəbərlər idi. Kənan özü də bu xəbərlərin yalan olduğunu açıqlamışdı. Amma həmin vaxt çoxlu səhvlər etdiyimi qəbul edirəm. Kənanı qısqandırmaq üçün qarşıma çıxan hamı ilə əyləncələrə gedirdim. Bir çox adamla sevgili olduğum xəbərləri yayılırdı. Uşaq idim, səhv etdiyimi başa düşmürdüm. Bir dəfə əsəbiləşib boyu məndən 8 santimetr qısadır, ona görə də kompleksi var demişdim. Sonradan Kənandan üzr istədim. Amma indi görüşmürük.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm