Qadınlar ən çox nə zaman yaşlı görünürlər?
Bizi izləyin

Tabloid.az

Qadınlar ən çox nə zaman yaşlı görünürlər?

Yaşlı göstərən makiyaj səhvləri

Adətən makiyajı gözəl görünmək üçün edirik. Amma gəlin etiraf edək ki, makiyaj edəndə bəzən ciddi səhvlərə yol veririk ki, bu da çirkin görünməyimizə səbəb olur. Həm də yaşımızdan 10 yaş daha böyük təsiri bağışlayırıq. Tabloid.az xanımları yaşlı göstərən makiyaj səhvlərini təqdim edir və onları bir daha təkrar etməməyi tövsiyə edir.

Ənlik: Çəhrayı rəngli ənlikdən istifadə edərkən dəri daha çox cavan və təravətli görünə bilir. Bürüncü rənglər isə qadını daha yaşlı göstərir. Üz quruluşu çox arıq olan xanımlar üzünü kök göstərmək üçün çəhrayı ənlikdən, üz quruluşu nisbətən iri olan xanımlar isə vizual olaraq onu kiçik göstərməkdən ötrü qəhvəyi tonlarında olan ənlikdən faydalana bilər.

Dodaq boyası: Tünd rəng dodaq boyaları xanımları daha yaşlı göstərir. Dodağınızı daha dolğun və canlı göstərmək istəyirsinizsə, çəhrayı və şaftalı rəng çalarlarına üstünlük verin. Dodaqları qalın göstərməyin yolu eyni rəng dodaq qələmi ilə dodaqları haşıyəyə alıb, eyni rəng dodaq boyasından istifadə etməkdir. Qələm elə çəkilməlidir ki, kənardan hiss olunmasın. Dodaq boyası əvəzinə təbii dodaq parıldadıcısı istifadə edərək dodaqların daha dolöun görünməsini təmin edə bilərsiniz.

Parlaq rənglər, tünd tonlar, metal rənglər dodaqları naziltmək üçün çox yanlış seçimlərdir. Bunun yerinə təbii gül çalarları seçin.

Tuş: Alt kirpiklərə tuş çəkmək də insanı yaşlı göstərə bilər. Çünki alt kirpiyə çəkilmiş tuş daima göz altına dəyərək qaraltı yaradacaq və bu da sizin yorğun bir üz görüntüsünə yol açacaq. Həmçinin yorğun üz ifadəsi verir. Ən yaxşısı alt kirpiklərə tamamilə deyil, ancaq uc hissəsinə çox hiss olunmayacaq qədər tuş çəkin.

Tonal krem: Qalın çəkilmiş tonal krem nəinki üzdəki qüsurları gizlədir, əksinə hər xırda qırışların arasına dolaraq onları daha da qabarıq və aydın şəkildə büruzə verir. Tonal krem seçərkən dərinizin tipinə uyğun olması üçün diqqətli olun. Əks halda effektli bir makiyaj əldə edə bilməyəcəksiniz.

Şəffaf kirşan: Toz pudra ilə dərinin parıltılı və gənc görünməsinə nail ola bilərsiniz. Amma üzün bütün hissəsinə çəkməklə üzü solğunlaşdıra bilərsiniz. Toz pudranı ancaq dərinin yağlı hissələrinə çəkmək məsləhətdir.

Korrektor: Yaşlaşdıqca gözünüzün altındakı dəri incəlir. Gözaltı kölgələri örtmək üçün incə bir təbəqə çəkin və bunu tətbiq edərkən də fırça istifadə edin. Fırça rəngi üzdə daha yaxşı paylayacaq. Rəngi yalnız tünd bölgələrə sürtün, gözünüzün altındakı bütün bölgəyə deyil. Göz ətrafı qüsurların xüsusən də torba və qırışlar varsa, bunları korrektorla örtmək lazımdır. Burda da korrektordan gen-bol istifadə etmək lazım deyil. Nə çox açıq rəng, nə də qalın çəkilmiş korrektor göz ətrafı problemi aradan qaldıra bilməyəcək.

Qaş qələmi: Qaş qələmini qaş rəngindən bir və ya iki ton açıq rəng seçməniz daha uyğun sayılır. Qaşınızı belə rənglə boyadıqda çox nəzərə çarpmayacaq. Qələmi çəkdikdən sonra mütləq fırça ilə qaşları səliqəyə salın. Tünd rəng qaş qələmi çox süni göründüyü üçün bundan qaçın.

Dodaq qələmi: Təbii dodaq xətti yaş artdıqca itə bilər. Dodaq xəttini dodaq qələmi ilə çəkmək, seçdiyiniz rəngin qalıcı olmasını təmin edər. Təkcə qələmdən istifadə edib dodaq boyasız çıxmayın. Dodaq qələmi dodağın boya çəkiləcək hissəsinin sərhədini düzgün cizmaqdan ötrü çəkilir. Ən yaxşı dodaq qələmi nə açıq, nə də tünd olanıdır. Ən yaxşısı dodaq boyası ilə eyni rəng olanıdır.

Göz qələmi: Göz quruluşunuz icazə vermirsə, onu hər tərəfdən haşiyəyə almayın. Bu makiyaj sizi daha kobud və sərt göstərə bilər. Qara rəngin ən yaxşı əvəzləyicisi qəhvəyi rəngdir ki, bunu da alt kirpik diblərinə, üst hissəyə isə sürmə çəksəniz daha ideal görünüş əldə edə bilərsiniz. Alt kirpiklərə göz qələmi sürtsəniz, həm gözləriniz daha kiçik görünəcək, həm də qara halqalarla diqqət çəkəcəksiniz.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm