Emin növbəti dəfə konsert verdi - Fotolar
Bizi izləyin

Tabloid.az

Emin növbəti dəfə konsert verdi - Fotolar

Müğənni-bəstəkar Emin Ağalarov Yaşıl Teatrda növbəti konsertini verib.

Müğənni-bəstəkar Emin Ağalarov Yaşıl Teatrda növbəti konsertini verib.

Tabloid.az-ın məlumatına əsasən, səhnəyə çıxan Emin ilk öncə qonaqlarını salamlayıb, Bakını çox sevdiyini dilə gətirib:

“Mən Bakını çox sevirəm. Hər zaman sizləri konsertimdə görmək mənə xoş hislər bəxş edir. Deyim ki, bu gün sizlər üçün ən sevilən mahnılarımı ifa edəcəyəm. İstəyirəm ki, hamı mahnı sədaları altında rəqs edib, əylənsin”

Daha sonra sevilən mahnılarından ibarət popuri səsləndirib. Müğənni konserti zamanı “Я лучше всех живу”, “На краю”, “Never Enough” və digər mahnılarını ifa edib.

Gecəyə xüsusi olaraq hazırlaşdığını deyən müğənni gecə boyunca rəqs edib, tamaşaçılarına xoş anlar yaşadıb.

Konsert proqramında ifaçının yaxın dostları onu tək qoymayıblar. Azərbaycanla yanaşı Rusiyadan da bir neçə yaxın dostu ona dəstək olmaq üçün Bakıya gəlib. Tamaşaçılar arasında SSRİ xalq artisti, Müslüm Maqomayevin həyat yoldaşı Tamara Sinyavskaya da olub. Emin gecəyə qatıldığına görə xanıma təşəkkürünü bildirib. Daha sonra Müslüm Maqomayevin repertuarından olan “O more-more” mahnısını səsləndirib. Bu mahnıya görə hamı onu ayaq üstə alqışlayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm