• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Qəhvəyi gözlü məşhurların makiyaj sirləri - Fotolar

Qəhvəyi gözlü məşhurların makiyaj sirləri - Fotolar

Azərbaycan xanımlarının əksərinin gözü qəhvəyi və ya şabalıdı rəngdədir. Bunu nəzərə alaraq bu rəngli gözlər üçün ən uyğun makiyajın hansı olduğunu araşdırdıq.

Məşhurların vizajisti Tine Ternbou bu göz rənginə sahib olan xanımlara göz kölgəsinin bütün rənglərindən istifadə etməyi uyğun görür.

Ancaq siz özünüzə ən uyğun olan makiyaj stilini tapmalısınız. Unutmayın ki, doğru edilməyən makiyaj insanı gözəlləşdirmir.

Ulduzların göz makiyajlarına baxaraq öz gözünüzə ən yaxın olanını tapın və gələn dəfə həmin tərzdə makiyaj edin.

Leyton Misterin gözü kimi gözləriniz tünd qəhvəyidirsə, onları daha cəlbedici göstərmək üçün ənlikdən istifadə etmək lazımdır. Ənliyi yanağın ən ətli nahiyəsinə çəkmək lazımdır. Bu zaman çəhrayı və parıltılı şaftalı rənglərindən istifadə daha məqsədə uyğundur. Gözlərinizə isə istədiyiniz rəng göz kölgəsi çəkə bilərsiniz. Sadəcə geyiminizlə uyğunlaşdırın.

Cesika Albanın göz quruluşuna malik olan xanımlar daha çox dodaq boyalarına diqqət etməlidirlər. Parlaq və açıq rəngli dodaq boyalarından istifadə etməlisiniz. Gözlərə isə qəhvəyi tonlarında göz kölgəsi çəkmək məsləhətdir.

Gözləriniz Beyonsun gözlərinə oxşayırsa,daha təbii makiyaja üstünlük verin. Göz kölgəsi və dodaq boyası rəngi eyni olmalıdır.

Natali Portman gözlərini daha cəlbedici etmək üçün kipriklərinə qəhvəyi rəng tuş çəkir. Onun kiprikləri uzun və sıxdır. Əgər sizin gözləriniz qəhvəyi, saçlarınızsa qaradırsa, o zaman qara rəng tuşdan istifadə etmək məsləhətdir. Əgər saçlarınız açıq qəhvəyi, şərab və ya qızılı rəngdədirsə, o zaman qəhvəyi və göy rəng tuşlardan istifadə etmək daha yaxşı nəticə verəcək.

Nikol Riçinin göz rənginə bənövşəyi rəngin bütün tonları uyğundur. Bu gözlərdə zümrüdü yaşıl göz kölgəsi və qələmlərdən istifadə daha məqsədə uyğundur.

Yeva Lonqoriya Parkerın gözləri tünd qəhvəyi rəngdədir. Bu cür gözləri olan xanımlar makiyajlarına ehtiyatla yanaşmalıdırlar. Tünd rəngli göz kölgələrindən istifadə etmək məsləhət deyil. Daha çox qızılı rənglərdən istifadə etmək məqsədə uyğundur. Qızılı rəng sırğalardan da istifdə edin. Bu tip sırğalar qara və tünd qəhvəyi gözlərə parlaqlıq verir və daha cəlbedici göstərir.

Cenifer Lopezi insanlara sevdirən onun qayğıkeş və sevgi dolu baxışlarıdır. Bu effekti makiyaj ilə yaratmaq çox asandır. Cenifer gözlərinə əsasən, şokalad rəngi, qızılı və bal rəngli göz kölgəsi çəkir. Bu, daha səmimi və isti baxış görüntüsü yaradır.

Tabloid.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR