Təranə Vəlizadə: “Sənin şəxsi həyatın kimə maraqlıdır?”- Video
Bizi izləyin

Tabloid.az

Təranə Vəlizadə: “Sənin şəxsi həyatın kimə maraqlıdır?”- Video

"Biz ara mahnıları oxuyuruq. Sanballı mahnıları, Üzeyir Hacıbəyovun əsərlərini yadellilər mənimsəyirlər”.

Sənətçi Təranə Vəlizadə gənc müğənnilərlə bağlı sərt iradlarını dilə gətirib.

Tabloid.az xəbər verir ki, müğənni “Hər şey daxil” verilişində qonaq olarkən müğənnilərin şəxsi həyatlarını efirlərdə danışmaqlarına etirazını bildirib. Həmçinin proqramlarda oxunan mahnılarla bağlı təpkisini nümayiş etdirib.

“Müğənnilərə ucuz yanaşılmasının günahı onların özündədir. Efirdə iç dünyanı açıb-ağartmağın nə yeri var?! Cürbəcür başqa söhbətlər edəsən. Evində-eşiyində nə varsa, hamısını bayıra çıxarasan? Əvvəllər belə hallar yox idi. Ona görə də o vaxtlar müğənnilərə göydən enmiş məleykə, ulduz kimi baxırdılar. Ağıllı sənətkar şəxsi həyatından danışmaz. Tamaşaçının şəxsi həyatı yoxdur məgər? Sənin şəxsi həyatın kimə maraqlıdır? Başı öz problemlərinə qarışıb.

Düzdür, ara müğənnilər hər zaman olub. Amma ara mahnıları toyda səslənirdi və orada da qalırdı. Belə mahnını yüksək auditoriyada ifa etmirdilər. Müğənnilər efirdə sanballı mahnılar ifa etsələr, daha yaxşı olar. Xalqın zövqünü aşağı salmaq olmaz. Biz ara mahnıları oxuyuruq. Sanballı mahnıları, Üzeyir Hacıbəyovun əsərlərini yadellilər mənimsəyirlər”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm